“Ford Ferrariyə qarşı” filmi Bakıda nümayiş olundu

“Ford Ferrariyə qarşı” filmi Bakıda nümayiş olundu

Film tamaşaçılar tərəfindən maraqla izlənilib

“28 Mall” Ticarət mərkəzində yerləşən “CinemaPlus” Premium-klass kinoteatrında real hadisələrə əsaslanan “Ford Ferrariyə qarşı” filmi premyerada öncə nümayişi olunub.

Bakucity.az xəbər verir ki, dadlı furşet içkilərin yer aldığı tədbirin yadda qalan hissəsi kinoteatrın filmin mövzusuna uyğun dekorasiya ilə əhatələnməsi, ölkənin ilk konseptual kaver qrupu “Harmony Music Band”in şousu olub.

Filmin rejissoru Ceyms Manqolddur. Baş rollarda Mett Deymon, Kristian Beyl, Katrina Balf çəkilib.

Filmdə 1960-cı illərdə fəaliyyət göstərən bir qrup amerikalı mühəndis və dizaynerdən bəhs edilir. Konstruktor Kerrolla Şelbinin rəhbərliyi və britaniyalı yarışçı Ken Maylsın dəstəyilə yeni idman avtomobili yaradılmalıdır. O, “Ferrari”yə qalib gəlməli, 24 saat davam edəcək yarışa dözümlü olmalıdır.

Tədbirin təşkilinə dəstək göstəriblər: FORD Azərbaycan, Baku City Karting, “Light in Black”, “Harmony Music Band”, “Kolorit” kafesi, “Abşeron Şərab”, “Şeh Su” və “Red Bull”.

 Bakucity.az

Bakı ford ferrariyə qarşı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər