Avro-2020-nin Bakıdakı oyunları ilə bağlı yeni sayt yaradıldı

Avro-2020-nin Bakıdakı oyunları ilə bağlı yeni sayt yaradıldı

Turistlər üçün ətraflı informasiya yerləşdirilib

Avro-2020-nin 3 qrup oyunu, eləcə də 1/4 final mərhələsinin 1 qarşılaşmasının Bakıda keçirilməsi əlaqədar yeni sayt istifadəyə verilib.

BakuCity.az AFFA-ya istinadən məlumat verir ki, informativ xarakterli https://euro2020.affa.az/ ünvanındakı saytda azarkeşləri maraqlandıra biləcək xüsusi bölmələr üzrə məlumatlar yerləşdirilib. Azərbaycan və ingilis dilində fəaliyyət göstərən sayta daxil olanlar Avro-2020 ilə əlaqədar Bakıda təşkil olunacaq tədbirlərlə bağlı məlumat əldə edə, həmçinin ən son xəbərləri oxuya bilərlər.

Saytda paytaxtımıza gələn turistlər və şəhərimizin qonaqları üçün Bakının görməli yerləri və ləzzətləri, viza məsələləri, eləcə də nəqliyyat ilə bağlı ətraflı informasiya da yerləşdirilib.

Futbol həvəskarlarının Bakıda keçiriləcək oyunlarla əlaqədar sualları daha çox bilet satışı ilə bağlıdır. Bu məqamı nəzərə alaraq, saytda xüsusi bölmə fəaliyyət göstərir. Azarkeşlər bölməyə keçid edərək, ümumi biletlərin satışı, bilet kateqoriyaları, qiymətlər və VIP biletlərlə bağlı bütün suallara cavab tapa bilərlər.

BakuCity.az

Bakı Avro-2020 futbol sayt
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər