"KamAZ" digər yük maşınını bir neçə metr sürüdü
Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb.
BakuCity.az APA-ya istinadən məlumat verir ki, qəza "Rahat" marketin qarşısında baş verib.
İslamov Soltanəli Güləli oğlu idarə etdiyi "KamAZ" markalı yük avtomobili ilə hərəkətdə olarkən qarşıdan gələn, 1978-ci il təvəllüdlü Məmmədov Xəyyam Niyaz oğlunun idarə etdiyi "QAZel" markalı yük maşını yol nişanının tələbini pozaraq sola dönmə əməliyyatı etmək istəyib.
Bu zaman "KamAZ" "QAZel”ə çırpılıb. Zərbənin təsirindən "KamAZ" digər yük maşınını bir neçə metr irəliyə sürüyüb.
Həmçinin oxu: Bakıda kran yoluna çıxan maşını sürüdü - VİDEO
Hadisə zamanı "QAZel"in sürücüsü X.Məmmədovn oğlu, 23 yaşlı Namiq Məmmədov ağır xəsarət alıb.
Yaralılar xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, N.Məmmədov xəstəxanada keçinib.
"QAZel" markalı avtomobil SOCAR-a (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) məxsus olub.
Hadisənin təfərrüatı araşdırılır.