Bakıda ağır yol qəzası olub
Bakıda “Mitsubishi” beton plitəyə çırpılıb.
Fövqəladə Hallar Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, Suraxanı rayonunda “Mitsubishi” markalı minik avtomobili yol kənarındakı beton plitəyə çırpılıb.
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1968-ci il təvəllüdlü Dadaşova Tacirə Fəxrəddin qızının meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
BakuCity.az