Baku Fashion Expo 2019-un ikinci mövsümü başladı - FOTO

Baku Fashion Expo 2019-un ikinci mövsümü başladı - FOTO

Moda həvəskarları bir araya gəldi

Noyabrın 15-də Bakı Biznes Mərkəzində “Baku Fashion Expo 2019”un açılışı olub.

BakuCity.az-ın məlumatına görə, tədbir Azərbaycan Dəb Dizaynerləri Assosiasiyası (AFDA) tərəfindən “Non Stop Creative Agency”, “Baku Business Center” və “Lenovo”nun dəstəyi ilə baş tutdu və Yoga, YAR, Dastan, Phobia VR və A sinif moda məktəbinin yeni modelləri təqdim olunub.

Yeni eksperimental moda layihəsində Fəxriyyə Xələfova, Səbinə Zulalova, Günel Behbudova, Zümrüd Mirzəliyeva, Natəvan Əliyeva, Günay Bornak, Limpero, MMMDN və Sida kimi məşhur və təcrübəli dizaynerlər iştirak ediblər.

Sərgidən əvvəl AFDA-nın təsisçisi və icraçı direktoru Aysel Hüseynova, “Non Stop” Yaradıcılıq Agentliyinin direktoru Səbinə Zulalova və fotoqraf Pənah Mehdinin iştirakı ilə mətbuat konfransı keçirilib.

S.Zulalova bildirib ki, bu layihə yeni başlayan dizaynerlər üçün paytaxt sakinlərini və qonaqları yaratdıqları marka ilə tanış etmək baxımından əla fürsətdir. 

P.Mehdi dizaynerlərin iş prosesini birbaşa öz atelyelərində lentə almaqda maraqlı olduğunu vurğulayıb.

A.Hüseynova isə jurnalistlərə açıqlamasında deyib ki, bu ekspozisiya Avropa və MDB ölkələrində nümayiş etdiriləcək.

Gözlənildiyi kimi, moda nümayişi paytaxt modelyerləri tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, “Baku Fashion Expo” AFDA-nın davamlı layihəsidir və ildə iki dəfə keçirilir, bu da dizaynerlərə həm ölkəmizdə, həm də xaricdə mümkün qədər özlərini təqdim etməyə imkan verir.

İnformasiya dəstəyi - BakuCity.az

Züleyxa İsmayılova

BakuCity.az

Bakı moda
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər