Bakıda avtobus sürücüsü sərnişinə bıçaq çıxartdı: "Səni deşik-deşik edərəm" - VİDEO

Bakıda avtobus sürücüsü sərnişinə bıçaq çıxartdı: "Səni deşik-deşik edərəm" - VİDEO

Bir-birilərini təhqir ediblər

Bakıda bəzi avtobus xətlərində sürücülərin özbaşınalıq hallarına tez-tez rast gəlinir.

BakuCity.az News24.az-a istinadən məlumat verir ki, bir neçə gün əvvəl “Koroğlu” metro stansiyasından Maştağa-Buzovna qəsəbələri istiqamətinə hərəkət edən 107 saylı avtobusda baş verən hadisə isə bütün sərhədləri aşıb.

Belə ki, avtobus Zabrat qəsəbəsində hərəkət edərkən sürücü ilə sərnişinlərdən biri arasında narazılıq yaranıb və onlar mübahisə etməyə başlayıblar. Bu zaman bir-birini təhqir edən sürücü və sərnişin əlbəyaxa dava etməyə çalışıb və sürücü əlinə bıçaq götürərək sərnişinin üstünə şığıyıb. O, sərnişinə "Səni deşik-deşik edərəm”, - deyərək hədələyib.

BakuCity.az

Bakı avtobus mübahisə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər