Bakıda bir gündə üç nəfər itkin düşüb

Bakıda bir gündə üç nəfər itkin düşüb

Polis axtarışa başlayıb

Bakıda iki gənc qız və bir kişi itkin düşüb.

BakuCity.az “Report”a istinadən məlumat verir ki, hadisə paytaxtın Binəqədi, Xətai və Nizami rayonlarında qeydə alınıb.

Belə ki, 2002-ci il təvəllüdlü Aydan Rəhimova noyabrın 15-də yaşadığı Binəqədi qəsəbəsi, Mərkəzi küçəsində yerləşən fərdi yaşayış evindən çıxıb və bir daha geri qayıtmayıb.

Bundan başqa, 2004-cü il təvəllüdlü Aynurə Əmirova noyabrın 15-də yaşadığı Xətai rayonu, T.Hacıbabayev küçəsi 3 ünvanından, 1987-ci il təvəllüdlü Teymur Kərimov isə eyni gündə yaşadığı Nizami rayonu, Q.Qarayev prospekti, 61 ünvanından çıxıb və bir daha geri qayıtmayıblar.

Hər üç şəxsin yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət ediblər.

Faktla bağlı aidiyyatı üzrə polis bölmələrində araşdırma aparılır.

BakuCity.az

Bakı itkin qız
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər