Bakıda məşhur şadlıq sarayında zəhərlənmə: bəylə gəlinin də halı pisləşdi

Bakıda məşhur şadlıq sarayında zəhərlənmə: bəylə gəlinin də halı pisləşdi

Zəhərlənənlər arasında uşaqlar da olub

Bakıda toyda kütləvi zəhərlənmə hadisəsi baş verib.

BakuCity.az Ölkə.az-a istinadən xəbər verir ki, hadisə “Şahənşah” şadlıq sarayında qeydə alınıb.

Noyabrın 13-də keçirilmiş toy mərasimindən sonra qonaqlarda mədə pozuntusu, qızdırma, ishal və qusma halı baş verib. Qonaqlarla yanaşı, bəy və gəlində də bu hallar müşahidə olunub.

Qeyd edək ki, zəhərlənənlər arasında uşaqlar da olub.

Xoşbəxtlikdən ölüm halı qeydə alınmayıb.

BakuCity.az

Bakı zəhərlənmə toy
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər