Bakıya qatarla gəlib-gedənlərə ŞAD XƏBƏR

Bakıya qatarla gəlib-gedənlərə ŞAD XƏBƏR

Sistem sınaq mərhələsindədir

Gələn aydan dəmir yolunda biletləri onlayn şəkildə qaytarmaq mümkün olacaq.

BakuCity.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin İnformasiya Texnologiyaları Departamentinin rəisi David Əliyev “Report”a deyib.

O bildirib ki, onlayn-satış sistemindən istifadənin cazibədarlığını artırmaq üçün hazırda biletlərin onlayn qaytarılması sistemi sınaqdan keçirilir:

“Onlayn bilet satışının tətbiqi birbaşa müştəri məmnuniyyətinin artmasına səbəb olan amillərdəndir. Hazırda onlayn bilet almaq olur. Bu ilin sonuna kimi isə mobil əlavə üzərindən elektron biletlərin internetdən əldə edilməsi mümkün olacaq”.

D.Əliyevin sözlərinə görə, sərnişinlərə xidmət səviyyənin yaxşılaşdırılması və biletlərin onlayn-satış sistemindən istifadənin cazibədarlığını artırmaq üçün biletlərin onlayn geri qaytarılması sistemi hazırda test prosedurundadır: 

"Gələn ayın 1-dən etibarən isə real rejimə keçirməyi planlaşdırırıq. Bununla yanaşı, istənilən sürət həddində sərnişinlərin eyni anda Wi-Fi və sabit 3G mobil rabitəsi vasitəsilə internet şəbəkəsinə çıxışını təmin etmək istiqamətində texnoloji layihələndirmə prosesi davam edir. Layihənin növbəti ilin ortasına kimi hazır olması hədəflənir”. 

BakuCity.az

Bakı qatarlar bilet
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər