Oyun saat 18:00-da başlayacaq
Bakıda keçiriləcək Azərbaycan – Ukrayna oyununun hakimləri açıqlanıb.
BakuCity.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan və Ukrayna milli komandaları arasında noyabrın 19-da keçiriləcək yoldaşlıq oyununu idarə edəcək hakimlər müəyyənləşib.
Baş hakim Orxan Məmmədova Namik Hüseynov və Rahil Ramazanov kömək edəcək. Dördüncü hakim funksiyasını isə Rəvan Həmzəzadə yerinə yetirəcək.
Oyun saat 18:00-da “Dalğa Arena”da baş tutacaq.
BakuCity.az