Nəticəsi Cəlil Məmmədquluzadənin ev-muzeyində: "Təsəvvür etməzdim ki, ona bu qədər sevgi var" - FOTO

Tədbirdə ədibin nəticəsi və kötücəsi də iştirak ediblər

Noyabrın 18-də noyabr Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən və yeni tərtibatdan sonra açılışı olub.

BakuCity.az APA-ya istinadən məlumat verir ki, açılış mərasimində  Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli, Mədəniyyət nazirinin müavini Vaqif Əliyev, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar, mədəniyyət və ictimaiyyət xadimləri ilə yanaşı Cəlil Məmmədquluzadə nəslinin davamçıları – nəticəsi Martin Cavanşiri və kötücəsi Pşemislav Cavanşiri də iştirak ediblər.

Mədəniyyət nazirinin müavini Vaqif Əliyev çıxış edərək bildirib ki, Mirzə Cəlil bütün yaradıcılığı ilə bərabər həm də çox böyük azərbaycanlıdır:

"O, Azərbaycanın ədəbiyyatı, maarifi, dilinin təmizliyi uğrunda çalışan, insanlarımızın cəhalətdən, dini mövhumatdan, mollalıq dini tərbiyəsindən azad olmaq üçün çalışan insandır. Bəlkə də üstündən 150 il keçəndən sonra Cəlil Məmmədquluzadənin irsinə nəzər salanda görürük ki, o və onun qələm yoldaşları bu xalq üçün çox böyük işlər görüblər. Bu gün onun ev muzeyinin təmirdən sonra yenidən açılmasına görə çox sevinirəm. Bu gün muzeydə yeni ekspozisiyalar təqdim olunur. Düşünürəm ki, muzey gələcəkdə ordakı ekspozisiyalarının daha da genişləndirilməsində böyük rol oynayacaq".

Xalq yazıçısı Anar isə qeyd edib ki, Bakıda Cəlil Məmmədquluzadənin muzeyi əvvəllər də  olsa da, ümummilli lider Heydər Əliyev Moskvaya gedəndən sonra baxımsız vəziyyətdə qalıb:

"Mən də o vaxt bu barədə bir yazı yazmışdım. Sonralar Heydər Əliyev ölkə rəhbərliyinə qayıdandan sonra muzeyə diqqət yenidən artırıldı. Bu muzeydə Cəlil Məmmədquluzadənin ömrünün ən ağrılı anları keçib. O bu evdə övladlarını soyuqdan qorumaq üçün öz əlyazmalarını yandırıb. Həmidə xanım xatirələrində yazır ki, Mirzə Cəlil ev qızanda dedi ki, hə, indi uşaqlar rahat yata bilərlər. Mənə elə gəlir ki, bu ocaq tək onun balalarını yox, bu gün bizi də isidir".

Akademik İsa Həbibbəyli çıxış edərık 68 illik fasilədən sonra Mircə Cəlilin nəslinin davamçılarının ilk dəfə vətənlərinə qayıtdıqlarını bildirib:

"Mirzə Cəlilin nəvələri İran, Polşa, Fransa və İrlandiyada yaşayır. Cəlil Məmmədquluzadənin oğlu Ənvər Məmmədquluzadənin nəticəsi və kötücəsi hazırda bizimlədir. Onlar ulu babalarının evində olacaqlar. Bu evdə Cəlil Məmmədquluzadə özünün ən böyük əsərlərini yazıb. Bu evin ona verilməsində Azərbaycan xalqının böyük oğlu Nəriman Nərimanovun böyük xidmətləri olub. Sovet rejimi onu İrandan dəvət etsə də, ona bir il ərzində lazımı diqqət yetirilməyib. Evin birinci mərtəbəsi "Molla Nəsrəddin" mətbəəsi, ikinci mərtəbəsi isə mənzil kimi istifadə olunub. Azərbaycanın görkəmli yazıçıları bura onunla görüşə gəlib".

Daha sonra C.Məmmədquluzadənin nəticəsi Martin Cavanşiri çıxış edərək ulu babasına göstərilən bu diqqətə görə təşəkkürünü bildirib:

"Mən təsəvvür etməzdim ki, ona Azərbaycanda bu qədər sevgi var. Bura ilk dəfə gəlirəm, ümid edirəm ki, bu səfərlər davamlı olacaq".

Çıxışlardan sonra qırmızı lent kəsilib və qonaqlar muzeyi ziyarət ediblər.

Qeyd edək ki, qonaqlar bundan əvvəl  Fəxri Xiyabanda olub, C.Məmmədquluzadənin məzarını ziyarət ediblər.

BakuCity.az

Bakı Cəlil Məmmədquluzadə ev-muzeyi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Be the first to rate
(0 ratings)
Hələ heç kəs qiymətləndirməyib
Hələ heç kim məsləhət bilməyib
Log in ,
to rate and recommend

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Siyasət
Panel sessiyalar davam edir Fevralın 28-də Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısı keçirilir. BakuCity.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda iştirak edib. Dövlətimizin başçısı toplantıda nitq söylədi. Sonra Avropa Komissiyasının Enerji Direktorluğunun baş direktorunun müavini Klaus-Dieter Borxardt çıxış etdi. Toplantı işini panel...
Cəmiyyət
Daha bir sexin fəaliyyəti məhdudlaşdırıldı Bakıda qanunsuz fəaliyyət göstərən un məmulatlarının istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən BakuCity.az-a verilən məlumata görə, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, ev 64 ünvanında fəaliyyət göstərən fiziki şəxs Əliyeva Əsmiyyə İltifat qızına məxsus un məmulatlarının istehsalı müəssisəsində yoxlama keçiriblər. Ümumi sahəsi 25 kv.m-lik ayrıca tikilidə...
Cəmiyyət
Hər kəs iştirak edə bilər Martın 18-də Bakı I Media Forumu təşkil olunacaq. BakuCity.az xəbər verir ki, forumun əsas mövzusu Azərbaycanda xəbər istehlakı, medianın vəziyyəti, yeni trendlər və tətbiq olunan yeniliklər olacaq. Tədbirdə bir çox media və PR mütəxəssisləri, biznes adamları, influenserlər və müxtəlif şirkətlərin nümayəndələri çıxış edəcəklər. Forum "INPRESS PR Solutions"ın təşkilatçılığı ilə həyata keçirilir. Forumun əsas məqsədi son illərdə sür...
Cəmiyyət
Xüsusi dərman məhlullarından istifadə olunur Bakı Nəqliyyat Agentliyi tərəfindən kəskin respirator virus infeksiyalarının yayılmasına qarşı qabaqlayıcı tədbirlər davam etdirilir. Agentlikdən BakuCity.az-a verilən məlumata görə, bu məqsədlə gecə saatlarından reysdən sonra gündəlik təmizlikdən keçən avtobuslar xüsusi dərman məhlullarından istifadə olunmaqla dezinfeksiya olunub. İnsanların həm təmas, həm də hava damcı yolu ilə infeksion xəstəliklərə yoluxması...
Mədəniyyət
Müsabiqə iki mərhələdən ibarət olacaq Ümumi təhsil müəssisələrinin şagirdləri arasında “Sevimli nəğmələr” uşaq mahnı müsabiqəsinə start verilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən BakuCity.az-a verilən məlumata görə, müsabiqənin təşkil olunmasının əsas məqsədi şagirdlər arasında ifa mədəniyyətini yüksəltmək, xüsusi istedada malik məktəbliləri aşkar etmək, onları ictimaiyyətə tanıtmaq, mənəvi sərvətimiz olan uşaq mahnılarının şagirdlər tərəfindən dinlənilm...
Cəmiyyət
"Olmayan bir halın mövcudluğunu necə təsdiqləyə bilərik?!" "Koronavirus təhlükəsi ilə bağlı insanlar virusdan qorunmağın müxtəlif yollarını axtarırlar. Neçə gündür sosial şəbəkələrdə bunun üçün çox sadə üsul - buruna perekis tökməklə virusa yoluxmanın qarşısının alınmasına dair məsləhətlər dolaşır. Bu metoddan özbaşına istifadə etmək məsləhət deyil". BakuCity.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş epidemioloqu, Azərbaycan Tibb Universitetinin Epi...
Cəmiyyət
Dövlət başçısı açılışda iştirak edib Fevralın 28-də Bakı şəhərində Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsindəki yeraltı piyada keçidinin açılışı olub. Bu barədə BakuCity.az AZƏRTAC-a istinadən xəbər verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. BakuCity.az
Cəmiyyət
Virus və soyuqdəymədən necə qorunursunuz? Dünyanı cənginə alan koronavirus epidemiyası can almaqda davam edir. Virus daşıyıcılarının sayı isə durmadan artır. Koronavirus infeksiyasından ölənlərin sayı 2 858 nəfərdir. Virus daşıyıcılarının sayı isə 83 380-dan çoxdur. BakuCity.az xəbər verir ki, epidemiya qonşu İranı da cənginə alıb və bu ölkədə koronavirusa yoluxanların və bu xəstəlikdən ölənlərin sayı artmaqda davam edir. Azərbaycanda da onlarla şəxs koron...
Cəmiyyət
Qərargah yaradılıb Koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət qərargah yaradılıb. BakuCity.az-ın məlumatına görə, qabaqlayıcı tədbirlərin görülməsi və Azərbaycan Respublikasının bütün ərazilərində monitorinqin aparılması üçün...