Miri Yusif Bakıda ona söz atan Cem Yılmaza belə cavab verdi - FOTO

Miri Yusif Bakıda ona söz atan Cem Yılmaza belə cavab verdi - FOTO

"Zarafatımız dünəndən var"

Xalq artisti Miri Yusif ötən gün Türkiyənin stəndap ulduzu Cem Yılmazla bir araya gəlib. 

BakuCity.az Axeber.az-a istinadən məlumat verir ki, sənətçi, əvvəlcə Bakı Konqres Mərkəzində komediya aktyorunun çıxışını izləyib, daha sonra xanımı Nərgiz Mirbabayeva ilə birgə Cemlə görüşüb. 

O, instaqramda foto paylaşaraq C. Yılmazın ona söz atmasına münasibət bildirib: “Düzdür, bu gün tanış olduq. Amma zarafatımız dünəndən var. Gözəl konsert, gözəl sənətkar”. 

Qeyd edək ki, aktyor yerli KİV nümayəndələri ilə görüşü zamanı “bir həftə Bakıda qalsam, Miri Yusif kimi Xalq artisti olaram” –deyə bildirmişdi. Onun bu fikri sosial şəbəkələrdə müzakirələrə səbəb olmuşdu.

BakuCity.az

Bakı Miri Yusif Cem Yılmaz
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər