Hadisə yerinə xilasedicilər cəlb olunub
Bakının Nəsimi rayonunda bir nəfər özünü hündürmərtəbəli binadan atmaq istəyib.
BakuCity.az xəbər verir ki, bu barədə hadisə şahidləri Baku.ws- bildiriblər.
Hadisə paytaxtın Nəsimi rayonu ərazisində, Mirəli Qaşqay küçəsindəki çoxmərtəbəli binaların birində qeydə alınıb.
Məlumat daxil olan kimi hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.
Xilasedicilərin səyi nəticəsində intihar etmək istəyən vətəndaş fikrindən daşındırılıb və xilas edilib.