Bakıda sürət yarışı ağır qəzaya səbəb oldu: yaralılar var - VİDEO

Bakıda sürət yarışı ağır qəzaya səbəb oldu: yaralılar var - VİDEO

"Hyundai" və "Kia" sürət yarışına çıxıb

Bakının Yasamal rayonunda 3 nəqliyyat vasitəsinin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb.

BakuCity.az APA-ya istinadə xəbər verir ki, Moskva prospektində körpünün üzərində “Hyundai" markalı avtomobil yüksək sürətlə hərəkətdə olarkən idarəetmədən çıxıb.

Bu zaman nəqliyyat vasitəsi eyni istiqamətlə gedən "Kia" və "Mercedes" markalı nəqliyyat vasitələrinə çırpılıb. Zərbənin təsirindən "Hyundai" aşıb, sürücü isə hadisə yerindən yayınıb. Qəza zamanı 2 nəfər xəsarət alıb.

Həmçinin oxu: Bakıda ölümə gedən "avtoş" - VİDEO

Əraziyə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Qəzaya uğrayan "Mercedes" markalı nəqqliyyat vasitəsinin sürücüsü deyib ki, "Hyundai" və "Kia" markalı avtomobillərin sürücüləri eyni istiqamətdə sürət yarışına çıxıblar.

Avtotexniki ekspertiza təyin edilib. Hadisənin dəqiq səbəbi araşdırılır.

BakuCity.az

Bakı ağır qəza sürət həddi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər