Texniki səbəblərə görə dayandırılıb
Bakı-Sabunçu-Bakı istiqamətində elektrik qatarlarının hərəkəti dayandırılıb.
Bu barədə BakuCity.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.
Qeyd olunub ki, noyabrın 19-da səhər saatlarından 16:30-dək Bakı-Sabunçu, Sabunçu-Bakı istiqamətində elektrik qatarlarının hərəkəti texniki səbəblərə görə dayandırılıb.
Həmçinin oxu: Bakıya qatarla gəlib-gedənlərə ŞAD XƏBƏR
Sərnişinlərdən alternativ ictimai nəqliyyat vasitələrindən istifadə etmələri xahiş olunur.
BakuCity.az