"Bazarstore"ların sayı 40-dan çoxdur
Bakıda "Bazarstore" supermarketlər şəbəkəsinin əhatə dairəsi genişləndirilir.
BakuCity.az FED.az-a istinadən xəbər verir ki, şəbəkənin növbəti mağazası Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski və Abbas Səhhət küçələrinin kəsişməsində istifadəyə veriləcək. Beləliklə, Nəsimi rayonunda ikinci "Bazarsore" açılacaq.
Hazırda "Bazarsore Nəsimi 2" mağazası üçün vakansiyalar (satıcı, kassir, paketçi, qəssab, aşpaz, nəzarətçi) mövcuddur.
Qeyd edək ki, noyabrın 1-də “Bazarstore” marketlər şəbəkəsinin “Xalqlar Dostluğu” metro stansiyasının yaxınlığında (Qara Qarayev prospekti, 124) yeni mağazası istifadəyə verilib.
"Azərsun Holdinq"ə daxil olan "Bazarstore" şəbəkəsinin ilk mağazası 2011-ci ildə fəaliyyətə başlayıb. Hazırda "Bazarstore"ların sayı 40-dan çoxdur.
BakuCity.az