Bakıda reklam edilən elektron siqaretlər və tütün qızdırıcıları sağlamlığa ziyan deyil?

Qiyməti 300 manata qədər dəyişir

Siqaret çəkməyin zərərlərindən çox danışılır: ağciyər xərçəngi, xroniki bronxit, ürək xəstəlikləri - bunlar siqaretdən istifadənin gətirə biləcəyi ziyanın yalnız kiçik bir siyahısıdır. Lakin elm dayanmadan inkişaf edir və elm adamları təhlükəni minimuma endirən,  hətta pis vərdişdən qurtulmağa kömək edən hər cür qadcetlər icad edirlər.

BakuCity.az bugünkü məqalədə adi siqaretləri elektron siqaretlə müqayisə edəcək. 

Nikotinin ənənəvi "qəbulu"

Yanan bir siqaret 700-900 dərəcəyə qədər qızır ki, bu da ağciyərlərin çürüməsinə səbəb olur. Hətta ən kiçik siqaretin tərkibində çox miqdarda nikotin var ki, bu da hər qullabdan sonra beyinə daxil olur. Bu narkotik maddə damarların spazmına səbəb olur. Nəticədə damarlar oksigenlə kifayət qədər doymur və dəri tez qocalır.

Siqaret çəkənlərdən həmişə xoşagəlməz tütün qoxusu gəlir, sarı dişləri və insanları onlardan uzaqlaşdıran daha bir neçə mənfi xüsusiyyətləri olur. Bu asılılıqdan qurtulmağa az adamın iradəsi çatır. Bundan əlavə, zərər yalnız öz sağlamlığına deyil, ətrafdakılara, yəni passiv siqaret çəkənlərə də vurulur. Buna görə də bir çox ictimai yerlər var ki, orada siqaret çəkmək qadağandır. 

Elektron siqaretlər siqaret çəkənlər üçün dərdə dərman sayıla bilərmi?

Elektron siqaretlər və ya veyplər təkcə görünüşlərinə görə deyil, həm də mahiyyətinə görə əsaslı şəkildə fərqlənirlər. Elektron siqaretlərdə tütün yanmır, yalnız maye qızır, buna görə də bədənə tüstü əvəzinə buxar daxil olur. Belə qadcetlərin istehsalçıları həmin cihazların adi siqaretlərdən fərqli olaraq sağlamlığa ciddi zərər vermədiyini və siqaretdən imtinaya kömək etdiyini iddia edirlər. Ancaq bu, hələ elmi təsdiqini tapmamış mübahisəli məsələdir.

Elektron siqaretlərdə az miqdarda da olsa, qida dərəcəli propilen qlikol, qliserin, su, aromatizatorlar və nikotin var. Bundan əlavə, nikotinin siqaret asılılığına səbəb olan psixoaktiv bir maddə olduğunu unutmamalıyıq. Beləliklə, gənclər arasında çox populyar olan veyplər, əksinə, siqaret çəkmək istəyini artırır. Nikotinsiz elektron siqaretlər də var, ancaq buxarla selikli qişasına və ürək-damar sisteminə təsir edən zəhərli maddələrin bədənə daxil olduğunu unutmayaq.

Glo və IQOS tütün bazarını zəbt etdi

Son vaxtlar Bakıda siqaret çəkənlər üçün başqa bir innovasiya – “Glo” və IQOS tütün qızdırıcıları israrla reklam olunur.

İstehsalçılar bu cihazda tütünün yalnız 240-245 dərəcə qızdığına diqqət çəkirlər. Bu halda nikotinlə doymuş aerozol əmələ gəlir. Tüstünün, külün və xoşagəlməz tütün qoxusunun olmaması səbəbindən bu üsula təmiz siqaret də deyilir. Maraqlıdır ki, bir çoxları qoxunun hələ də hiss olduğunu və adi siqaretdən daha xoşagəlməz olduğunu iddia edirlər. 

Yeni nəsil siqaret: keyfiyyət və qiymət 

Elektron siqaretlər bir batareya bloku və bir buxarlandırıcıdan ibarətdir. “Glo” cihazında isə bir USB kabel və bir təmizlik fırçası var. Elektron siqaretləri 2 manatdan başlayan qiymətlərlə əldə etmək olar. Bəzən qiymət 200 manata qədər çata bilər. “Glo” və IQOS kimi cihazların qiyməti isə 45 manatdan 300 manata qədər dəyişir.

Maraqlıdır ki, Rusiyada Dövlət Duması elektron siqaretin bütün növlərini, həmçinin qəlyanları tütün məhsulları ilə eyni tutmaq haqqında qanun layihəsinə baxır.

Yeni cihazların zərərləri hələ tam sübuta yetirilməyib, buna görə də elm adamları məsələyə aydınlıq gətirmək üçün araşdırma aparırlar.

Sidneydəki Tibb Tədqiqatları İnstitutundan Pavan Şarma elektron siqaretlərlə bağlı araşdırma aparıb. Nəticədə elm adamları bütün bu cihazların düz əzələ hüceyrələrinə və epitelial hüceyrələrə mənfi təsir göstərdiyi qənaətinə gəliblər. Bu proseslər sətəlcəm və ağciyər xərçəngi kimi ölümcül xəstəliklərə də yol aça bilər.

Züleyxa İsmayılova

BakuCity.az

Bakı elektron siqaretlər tütün qızdırıcıları
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Bakı Dairəvi-1 avtomobil yolunda hərəkətin təşkilində dəyişiklik edilib. Nəqliyyat vasitələrinin Bakı Dairəvi-1 avtomobil yolu ilə müxtəlif istiqamətlərdə (Sumqayıt yolu, “20 Yanvar” dairəsi və “Şamaxı yolu”, həmçinin Abbas Mirzə Şərifzadə küçəsi, Yeni Yasamal və MİDA-nin yeni inşa etdiyi yaşayış massivləri istiqamətində) fasiləsiz və rahat hərəkətinin təmin olunması məqsədilə sözügedən yolun 6-cı km-də, yerli keçid yollarını birləşdirən mövcud yolötürücül...
Kriminal
Metroda polisə tabe olmayan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Bakı Metropolitenində polisin qanuni əmrinə tabe olmayan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bu barədə BakuCity.az-a DİN-in Mətbuat xidmətindən bildirilib. Qeyd edək ki, Bakı Metropolitenində xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onlara qarşı müqavimət göstərməyə cəhd edərək ictima...
Cəmiyyət
"Hərəkətinə icazə verilməyən nəqliyyat vasitələrinin müəyyənləşməsi xüsusi qaydada aparılacaq". BakuCity.az xəbər verir ki, bu sözləri Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib. K.Əliyev bildirib ki, polis əməkdaşları karantin qaydalarının yumşaldılmasından asılı olmayaraq, gücləndirilmiş iş rejimində çalışacaq: "İyunun 6-sı saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gənc...
İdman
Azərbaycanın futbol klublarının bəzi yoxlama oyunları nəzərdə tutulan vaxtda baş tutmayacaq.  BakuCity.az xəbər verir ki, buna səbəb iki həftə ərzində həftəsonları qadağaların tətbiq edilməsidir.  İyunun 14-də "Neftçi" - "Qəbələ", "Qarabağ" - "Səbail" görüşləri gerçəkləşməyəcək.  Qeyd edək ki, Azərbaycan Premyer Liqasının bazar günü - iyunun 21-də bərpa olunması barədə qərar qəbul edilib. XXI turun oyunları bazar günü keçirilməlidir.  Azərbaycanda qadağala...
Cəmiyyət
"Həftəsonu qadağalarının iyunun 13-ü, 14-ü və 15-də də tətbiq olunması nəzərdə tutulur". BakuCity.az xəbər verir ki, bunu Baş Nazir Əli Əsədov televiziya vasitəsilə çıxışında deyib. Ə.Əsədov qeyd edib ki, xüsusi karantin qaydalarının yumşaldılmasından sonra əhali tələbləri daha çox pozub: “Ona görə də virusa yoluxanların sayında ciddi artım oldu. Odur ki, vəziyyəti öz axarına buraxa bilmərik və qərara alındı ki, qəti sərt tədbirlər görülsün. Digər şəhərlər...
Ekologiya
İyunun 5-də gözlənilən hava şəraiti açıqlanıb. Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim şimal-qərb küləyi arabir güclənəcək. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında  gecə 18-20, gündüz 25-29, Bakıda  gecə 18-20, gündüz  27-29 dərəcə isti olacaq.  Atmosfer  təzyiqi 758 mm ci...
Cəmiyyət
Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilib. Hazırda dünyada yeddi milyonadək insan yeni növ koronavirus (COVID-19) xəstəliyinə yoluxub, 400 minədək şəxs vəfat edib. COVID-19 virusunun peyvəndi bu günədək tapılmadığından dünya dövlətləri tərəfindən davamlı preventiv tədbirlər həyata keçirilməkdədir. BakuCity.az xəbər verir ki, son günlər mövcud karantin rejimi qaydalarının əhali tərəfindən kütləvi surətdə pozulması ölkənin bir sıra bölgələrində san...
Cəmiyyət
Əli Əsədov koronavirusa yoluxma hallarının kəskin artması ilə bağlı əhaliyə müraciət edib. Azərbaycan Respublikasının Baş Naziri, Operativ Qərargahın rəhbəri Əli Əsədov iyunun 4-də ölkəmizdə koronavirusa yoluxma hallarının kəskin artması ilə bağlı əhaliyə müraciət edib. BakuCity.az nazirin müraciətini təqdim edir: "Hörmətli həmvətənlər! Məlum olduğu kimi, 2020-ci ilin əvvəlindən başlayaraq dünyada cərəyan edən və fevral ayından Azərbaycana da idxal olunan...
Cəmiyyət
Azərbaycanda iş saatı dəyişdirilib. Bakı, Sumqayıt, Gəncə və Lənkəran şəhərlərində cümə günü saat 14:00-dan bazar ertəsi səhərə qədər iş qrafikinin tam məhdudlaşdırılacağı ilə bağlı qərar qəbul olunub. BakuCity.az xəbər verir ki, dövlət və özəl müəssisələr sabah saat 14:00-a kimi fəaliyyət göstərəcək. Buna görə artıq yerli icra hakimiyyəti və bir sıra dövlət orqanlarının əməkdaşlarına məlumat verilib. Onlara qaydalara ciddi əməl etmələri tövsiyə olunub. Qe...