Bakıda 15 yaşlı qızı döyüb xəstəxanalıq etdilər

Bakıda 15 yaşlı qızı döyüb xəstəxanalıq etdilər

Kliniki Tibbi Mərkəzə yerləşdirilib

Ötən gecə Bakıda döyülmə faktı qeydə alınıb.

BakuCity.az Trend-ə istinadən məlumat verir ki, hadisə saat 22 radələrində Binəqədi rayon, 1-ci mədəndə baş verib.

Evinin yaxınlığında döyüldünü deyən 2004-cü il təvəllüdlü Əliyeva Zeynəb Şahvələd qızı təcili yardımla 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Ona alın nahiyəsinin yumşaq toxumalarının əzilməsi diaqnozu qoyulub.

Hazırda həkim nəzarətində müalicə alan Z.Əliyevanın vəziyyəti normaldır.

BakuCity.az

Bakı döyülmə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər