Açılışı İlham Əliyev edib
Noyabrın 19-da “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Abşeron dairəvi dəmir yolu xəttində aparılmış yenidənqurma işlərindən sonra Pirşağı stansiyasının açılışı olub.
BakuCity.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Dövlətimizin başçısı stansiyanın rəmzi açılışını bildirən lenti kəsdi.
Həmçinin oxu: Bakıda daha bir dəmiryol stansiyası yeniləndi - VİDEO
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verdi.
BakuCity.az