Deputat ermənilərin Bakıya səfərinə münasibət bildirdi

"Məsələyə soyuq yanaşmalıyıq"

Mətbuat Şurasının sədri Əflatun Amaşov erməni jurnalistlərin Azərbaycana səfərinə münasibət bildirib.

BakuCity.az-ın məlumatına görə, Ə.Amaşov APA-ya açıqlamasında bildirib ki, son günlər erməni jurnalistlərin Azərbaycana səfəri ilə bağlı cəmiyyətdə müəyyən diskussiyalar gedir:

“Mənə də müraciət edib məsələ ilə bağlı fikirlərimi öyrənmək istəyənlər çoxdur. Münasibətimi qısaca açıqlamaq istəyirəm.

Hamıya məlumdur ki, Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal olunub. İşğal otuz ilə yaxındır ki, davam edir. O da məlumdur ki, Azərbaycan dövləti, ölkəmizin hər bir vətəndaşı bununla barışmayacaqdır. Torpaqlarımızın işğaldan azad olunması ümumi, həm də müqəddəs məqsədimizdir. Bütün fəaliyyətimiz buna köklənib. İstərdim ki, məhz bunu əsas tutaq və bu baxımdan məsələnin erməni jurnalistlər Azərbaycana gəlsinlər və ya gəlməsinlər, yaxud bizimkilər düşmən ölkəyə getsinlər ya getməsinlər kimi qoyuluşunu düzgün saymıram. Nəzərə alaq ki, ümumən intellektual təmas önəmlidir”. 

MŞ sədri qeyd edib ki, 2001-ci ilə qədər qarşılıqlı jurnalist səfərləri olub:

“O zaman bir ümid var idi. Ermənistan ictimaiyyətində belə demək mümkünsə, yumşalmalar nəzərə çarpırdı. 1999-cu ildə oradakı məlum parlament güllə-boranından sonra siyasi proseslərin səmti dəyişməyə başladı. Nəticədə Ermənistan danışıqlardan dolayı yolla geri çəkildi. Getdikcə proses düyünə düşdü. Ümumən siyasi durumun dəyişməsi jurnalist səfərlərinə də təsir göstərdi. Səfərlər səngidi, sonra dayandı. Bildiyimə görə, Azərbaycandan Ermənistana ən son gedən jurnalist «Turan» İnformasiya Agentliyinin redaktoru Şahin Hacıyevdir. Səfər bu ilin əvvəlində gerçəkləşmişdi və onun faydalı olduğunu düşünürəm. 

Yenidən məsələyə qayıdıram. 1999-2001-ci illərdə istəyimiz bu idi ki, Ermənistan cəmiyyəti real vəziyyəti anlasın. Bunu indi də istəyirik. Çünki erməni cəmiyyətinin bu gün də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı düzgün təsəvvürdə deyil. Münaqişənin mahiyyəti tamamilə yanlış interpretasiya edilib. Bu, onların siyasi məqsədlərindən irəli gəlib”. 

Ə.Amaşov hesab edir ki, məsələyə soyuq yanaşmalıyıq:

“Daha doğrusu, sülh axtarışı gedir, bu prosesə təkan verə biləcək istənilən təşəbbüsləri dəyərləndirmək lazımdır. Düşmənlə danışıq adlı prosesi öz xeyrimizə çevirmə imkanlarının hər birindən faydalanmalıyıq. Bəli, Ermənistan torpaqlarımızı işğal etdiyi üçün düşməndir. Amma bizim bu gün Dağlıq Qarabağ münaqişəsi zəminində ermənilərlə qurduğumuz münasibətin adı sülh danışığıdır. Dövlətimiz buna çalışır. Təbii, sülh ədalətli şərtlərlə olmalıdır. Yəni Azərbaycanın işğal olunmuş əraziləri geri qaytarılmalıdır. Bu məsələdə hər hansı güzəşt ola bilməz. Əgər müharibə aparmağa qərar verəcəyiksə, ermənilərə bir haqq verə bilərik. Ancaq təslim olmaq haqqını...”

BakuCity.az

Əflatun Amaşov erməni jurnalistlər
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Vətəndaşlar şənbə və bazar günlərində şəxsi bağ evlərinə gedə bilərlər? Xəbər verdiyimiz kimi iyunun 6-dan iyunun 8-i saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunacaq. Qadağaya əsasən, insanlar küçəyə çıxa bilməz və səyahət etməməlidirlər. Bəs vətəndaş bir evindən digərinə, bağ evlərinə gedə bilərmi? Həmçinin oxu: İki günlük qadağada zibil də atmaq olmaz - RƏSMİ BakuCity.az xəbər verir ki...
Kriminal
Ölü at ətini Bakıdakı iaşə obyektlərinə satan şəxslər həbs edildi. DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə vətəndaşların ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib. BakuCity.az xəbər verir ki, DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, əməliyyat zamanı Biləsuvar rayonunda ət tədarükü mən...
Biznes
Azərbaycanda daxili reyslərin bərpa ediləcəyi vaxt açıqlanıb.  Azərbaycanda karantin müddəti may ayının 31- ə qədər davam edəcək. Koronavirus pandemiyası ilə əlaqədar olaraq Azərbaycan hava yolları bütün uçuşları dayandırıb. Bəs yaxın zamanlarda daxili reyslər bərpa oluna bilərmi? BakuCity.az xəbər verir ki, “Azərbaycan Hava Yolları” (AZAL)-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənli bu barədə hafta.az-a danışıb. P.Kəsəmənli bildirdi ki, Nazirlər Kabineti...
Cəmiyyət
İki günlük qadağa müddətində vətəndaşlara yalnız iki halda küçəyə çıxmaq icazəsi verilib. Bu gün gecə saat 00:00-dan etibarən 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu ərazisində hərəkətinə icazə verilmiş şəxslərdən başqa vətəndaşların olduğu yeri tərk etməsinə icazə verilmir. BakuCity.az xəbər verir ki, bu qərarın icrasına da Daxili İşlər Nazirliyi nəzarət edəcək. Nazirliyin Mətbuat xidmətinin rəisi, polis polkovnik...
Ekologiya
6 iyunda gözlənilən hava şəraiti açıqlanıb. Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi gecə və səhər  arabir güclənəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 17-20, gündüz  24-28, Bakıda  gecə 18-2...
Kriminal
Bakıda tələbə qız özünü 18-ci mərtəbədən bu səbəbə görə atıbmış.  Dünən gecə saatlarında intihar edən qız Azərbaycan Dövlət Pedaqoji Universitetinin 3-cü kurs tələbəsi olub. BakuCity.az xəbər verir ki, bu barədə məlumatı ADPU-nun rektor müşaviri Ümid Mehdiyev verib. Ü,Mehdiyev bildirib ki, 21 yaşlı Nağıyeva Günel Bəhram qızı universitetdə ödənişsiz əsaslarla təhsil alırdı: “Heç bir kəsri yox idi, nümunəvi tələbə kimi xarakterizə olunurdu. Həmçinin oxu: Bak...
Hadisələr
Bakının Binəqədi rayonunda 10 mərtəbəli binada yanğın olub.  BakuCity.az xəbər verir ki, hadisə yerinə 4 yanğınsöndürən maşını cəlb olunub.  Qonşuların dediyinə görə ev ailənin 6 yaşlı övladınin ehtiyatsızlığından yanıb. Mənzilin özəl klinikalardan birində çalışan tanınmış həkimə məxsus olduğu bildirilir. (milli.az) BakuCity.az
Cəmiyyət
"Azərbaycanda gender əsaslı cinsi seçimin qarşısının alınması və aidiyyətli cavab tədbirlərinin görülməsinə dair Milli Fəaliyyət Planı". Bu təklif BMT-nin Əhali Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birgə hazırlanmış "Azərbaycanda gender əsaslı cinsi seçimin qarşısının alınması və aidiyyətli cavab tədbirlərinin görülməsinə dair Milli Fəaliyyət Planı"nın layihə sənədində qeyd ed...
Cəmiyyət
Azərbaycanda bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin fəaliyyətə başlayacağı tarix dəqiqləşib. BakuCity.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov BAKU.WS-ə bildirib ki, dərslərin bu ilin sentyabr ayında başlaması nəzərdə tutulub: "Nazirlər Kabineti bundan əvvəl qərar vermişdi ki, tədris və təlim-tərbiyə prosesi mayın 31-dək dayandırılsın. Bun...