Yaralı xəstəxanaya yerləşdirilib
Bakıda zəncirvari yol qəzası baş verib.
BakuCity.az "Report"a istinadən xəbər verir ki, hadisə Dərnəgül şosesində qeydə alınıb.
Hərəkətdə olan 24 saylı marşrut avtobusu yolun kənarında dayanan “Hyundai” markalı avtomobillə toqquşub, daha sonra "Kia" markalı maşına dəyib.
Hadisə nəticəsində “Hyundai” markalı avtomobilin sürücüsü ağır xəsarət alıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb.
Avtomobillərə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.