"Azad qadın" heykəlinin tarixçəsi: yubiley abidəsi, heykəltəraşın tamamlanmamış işi - FOTO

Heykəl Azərbaycan qadınının səmimiliyini, özünəinamını göstərir

BakuCity.az “Bakı heykəlləri” rubrikasında heykəltəraş, Azərbaycanın Xalq rəssamı, iki dəfə SSRİ Dövlət mükafatı laureatı, SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü Fuad Əbdürrəhmanovun “Azad qadın” heykəlindən bəhs edib.

Bu məqsədlə paytaxt heykəlləri haqqında geniş məlumata sahib, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Samir Sadıqova müraciət etdik.

Sənətşünasın fikrincə, F.Əbdürrəhmanov portretini yaratdığı hər bir insanın ən yaxşı cəhətlərini əsərində göstərmək istəyib. Elə buna görə də onun obrazları dərin fərdi xüsusiyyətlərə malikdir:

“Heykəltəraş Azərbaycan qadınının ən yaxşı xüsusiyyətlərini “Azərbaycanlı qadın” (1951) və “Azadlıq” heykəllərində (1957) təcəssüm etdirib.

O, 1951-ci ildə hazırladığı “Azərbaycanlı qadın” əsərində xarakter və ümumiləşdirmə xüsusiyyətlərindən geniş istifadə edərək son dərəcə yüksək ideyalı bir mövzunu dolğun əks etdirib. Azərbaycan qadınının zülm və əsarətdən xilas olub birdəfəlik azadlıq yoluna çıxması kimi mühüm bir ideyanı əks etdirməyi qarşısına məqsəd qoyan müəllif burada istəyinə nail olmaq üçün vaxtilə görkəmli yazıçı-dramaturq Cəfər Cabbarlının “Sevil” pyesində verdiyi çox tutarlı bir səhnədən - ömür boyu daim qeyri-bərabərlik məhrumiyyətlərinə məruz qalan Sevilin, nəhayət, çox keşməkeşlərindən sonra çadrasını ataraq işıqlı gələcəyə doğru üz tutmasından ustalıqla istifadə edib, bunu obrazın açılması üçün əsas götürüb. Heykəltəraş bu məqamı “Sevil”dən götürsə də, əlbəttə, bu hadisəyə ümumiləşmə xarakteri də aşılaya bilib”.

S.Sadıqovun sözlərinə görə, müəllifin əsər üzərindəki digər başlıca müvəffəqiyyəti həm də onunla izah olunur ki, o, xarakteri aydın, canlı verməklə bərabər, həm də onu bir sənət əsəri kimi əsl gözəllik, zəriflik, səmimiyyət və həyatsevərlilik rəmzinə çevirməyə nail olub:

“Dövrün adət-ənənələrinə uyğun olaraq obraz tam geyimdə olsa da, bədəninin münasibliyi, üzündə və gözlərindəki məlahət, başındakı zülmət çadranı geriyə atan qollarının hərəkətindəki təbii qadın zərifliyi onu hərtərəfli xarakterizə edir, daha çox sevdirirdi. “Azərbaycanlı qadın” birinci dəfə 1951-ci ildə tamamlanıb gipsdən hazırlansa da, heykəltəraş bu əsər üzərində dönə-dönə işləyərək onu daha da təkmilləşdirib”.

Abidəyə ikinci dəfə həyat verilib

Abidə 1957-ci ilədək olan müddətdə tuncdan tökülmək üçün yenidən hazırlanıb və özünə ikinci həyat qazanıb.

Dosent davam edir:

“Azadlıq” adlanan bu kompozisiya özündən əvvəlki “Azərbaycan qadını” ilə birlikdə R.Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyində nümayiş etdirilib. 

Buna baxmayaraq, F.Əbdürrəhmanov əsər üzərindəki işlərini tamamlanmış hesab etməyib. Qısa müddət sonra o, abidənin Azərbaycanda inqilab və qadın azadlığı mövzusunun rəmzi kimi ucaldılması üçün onun iri həcmli forması üzərində çalışmağa başlayıb”.

Heykəl 1959-cu ildə Leninqradda (indiki Sankt-Peterburq) tuncdan tökülərək Bakıya gətirilib. Abidə 1960-cı ildə - Azərbaycanda sovet hakimiyyətinin qurulmasının 40 illiyinin geniş qeyd olunduğu bir vaxtda Bakının mərkəzi küçələrində, üç tərəfdən sıx gediş-gəliş olan yerdə ucaldılıb.

“Azad qadın”dan doğan ideya və məzmun daha təsirlidir”

Sənətşünas qeyd edir ki, əsər üçün memar Mikayıl Hüseynovun layihəsi əsasında hazırlanmış kürsülüyün forma və üslubunu əvvəlki heç bir abidənin kürsülük xüsusiyyətləri ilə müqayisə etmək olmazdı. Burada mavi rəngli uzun, dördkünc qranit abidəni yüksəklərə qaldırıb daha baxımlı edir, sanki özü nəzərə çarpmadan bütün diqqətin yuxarıdakı obraza cəlb olunmasına xidmət edirdi. “Azad qadın”ın estetik gözəlliyi nə qədər gözoxşayan olsa da, ümumiyyətlə, ondan doğan ideya və məzmun daha təsirli idi: 

“Bu əsərlər müxtəlif vaxtlarda yaradılsa da, hər ikisi sənətkarın keçmiş və müasir dövr haqqındakı düşüncələri ilə bağlıdır. Bu heykəllərin mövzusu da bir-birinə yaxındır, onlar əsrlər boyu davam edən əsarətdən qadınların xilas olunmasını, qadın azadlığını tərənnüm edir. F.Əbdürrəhmanov azad, iradəli, təmkinli qadın obrazının təcəssümü olan “Azərbaycanlı qadın” heykəlində qadınlarımıza xas olan ən səciyyəvi xüsusiyyətləri – onların səmimiliyini, özünəinamı, qadın lətifliyini, daxili məharətini göstərir”. 

Qeyd edək ki, heykəltəraş F.Əbdürrəhmanovla M.Hüseynov bu abidəni birlikdə işləyib, abidə üçün münasib yer seçiblər. Abidə Cəfər Cabbarlı küçəsi ilə Z.Əhmədbəyov küçəsinin kəsişdiyi yerdə, indi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerləşdiyi binanın qarşısında, kiçik bağçada ucaldılıb. Çadrasını atan azərbaycanlı qadının ifadəli, gözəl və dəqiq silueti müxtəlif nöqtələrdən aydın görünür.

Ramilə Qardaşxanqızı

Foto: Nicat Alili

BakuCity.az

Bakı heykəl "Azad qadın"
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kəs qiymətləndirməyib
104 baxış yanvarda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Ekologiya
Külək mülayimləşəcək Bazar gününə olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, yanvarın 19-da Bakıda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində fasilələrlə çiskinli yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturu gecə 3-5...
Hadisələr
Prokurorluqda araşdırma aparılır Bakıda ölüm hadisəsi baş verib. BakuCity.az APA-ya istinadən məlumat verir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Rayon sakini, 1987-cı il təvəllüdlü Məmmədova Lətifə Tarverdi qızının meyiti yaşadığı evdə aşkarlanıb. Meyitin ilkin müayinəsi zamanı L.Məmmədovanın dəm qazından boğularaq öldüyü məlum olub.  Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır. BakuCity.az
Kriminal
8 aydır heroin satır Abşeron rayonunda “İkoş” ləqəbli qadın narkotacir tutulub.   BakuCity.az “Report”a istinadənn məlumat verir ki, hadisə Mehdiabad qəsəbəsində qeydə alınıb.  Belə ki, Mehdiabad Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı 1996-cı il təvəllüdlü İlkanə Nəbiyeva isti izlərlə tutularaq məsuliyyətə cəlb olunub. Onun yaşadığı Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi, bina 10, mənzil 12-yə baxış keçirilən zaman, or...
Cəmiyyət
Nizami Gəncəvinin məqbərəsini ziyarət edəcək 9 ay əvvəl İranın cənubundan səyahətə çıxan iranlı turist Gəncəyə çatıb. BakuCity.az APA-ya istinasən məlumat verir ki, dəvələrlə səyahətə çıxan Məhəmməd Əmiri Rudan İranın Bəndər-Abbas şəhərindəndir. O, ötən ilin may ayında İranın cənubundan dünya səyahətinə çıxıb. Doqquz ay sonra Azərbaycana çatan iranlı turist ötən gün Gəncə şəhərində olub. M.Ə.Rudan Gəncənin tarixi haqqında çox eşitdiyini, lakin bu şəhəri he...
Hakimiyyət
Sosial islahatlar bu il də geniş miqyasda davam edəcək 2019-cu il sosial sahədə uğurlu islahatlar ili olmaqla, vətəndaşların rifah halının yaxşılaşdırılmasının, iqtisadi islahatlardan əldə olunmuş əlavə gəlirlərin sosial sahəyə yönəldilməsinin Prezident İlham Əliyevin siyasətində prioritet istiqamət olduğunu bir daha təsdiq etdi.  Aparılan bu siyasət ötən ilki genişmiqyaslı islahatların və sosial inkişaf proseslərinin 2020-ci ildə də inamla davam etdirilmə...
Hadisələr
Sürücünün içkili olduğu ehtimal edilir Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. BakuCity.az Trend-ə istinadən məlumat verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb. Şəhər istiqamətində hərəkətdə olan 90-MD-770 dövlət nömrəli “Toyota” markalı maşın yol kənarında dayanan avtomobillərə çırpılıb. Hadisə nəticəsində qəza törədən avtomobil də daxil olmaqla, beş nəqliyyat vasitəsi yararsız hala düşüb. Hadisədə zərərçəkən şəxsin sözlərinə görə, “To...
Cəmiyyət
"Əməliyyat zamanı xəstənin çənəsindən tutub" Azərbaycan Səhiyyə Nazirliyi Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində həkimin pasiyenti döyüb təhqir etməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib. Nazirlikdən BakuCity.az-a daxil olan açıqlamada bildirilir: “Həmin xəstə üç ay öncə insult keçirib. Bu səbəbdən narkoz verilməyib və lokal keyitmə ilə əməliyyat həyata keçirilib. Əməliyyat edən həkim Emil Hüseynov deyir ki, əmə...
Cəmiyyət
Alternativ yollar açıqlandı Yanvarın 20-si səhər saat 08:00-dan tədbir tam başa çatanadək bəzi küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyətin qoyulması və istiqamətin dəyişdirilməsi nəzərdə tutulub. BakuCity.az məlumat verir ki, bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov APA-ya bildirib. O qeyd edib ki, ziyarətə gələnlərin təhlükəsizliyinin təmin edilməsi və onların raha...
Cəmiyyət
"Çox yaxşı müəllimə idi, fəxri fərmanları var idi" Bakıda 2 nömrəli Uşaq evində tərbiyəçi uşağı döyüb. Bununla bağlı sosial şəbəkələrdə video yayılıb. Görüntülərdən aydın olur ki, müəllimə uşağı döyür, daha sonra videoya çəkildiyini görüb onu qucaqlayır. BakuCity.az-ın məlumatına görə, Uşaq evinin direktor Sevda Hacıyeva Oxu.az-a açıqlamasında bildirib ki, hadisə ötən il dekabrın 29-da baş verib: “Məsələ araşdırıldı və dekabrın 30-da tərbiyəçi Məmmədova El...