Temperatur normadan aşağı olacaq
Ölkə ərazisində hava şəraiti kəskin dəyişəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, Bakıda noyabrın 20-si axşamdan noyabrın 22-dək havanın qeyri-sabit keçəcəyi, yağıntılı olacağı, arabir intensivləşəcəyi ehtimalı var.
Şimal küləyi üstünlük təşkil edəcək. Havanın temperaturu iqlim normasından aşağı olacaq.
BakuCity.az