Qafqazda ən hündür heykəllərdən biri Bakıda qoyulacaq

Heykəlin hendürlüyü 12 metr olacaq

Babəkin heykəlinin hazırlanmasına başlanılıb.

BakuCity.az xəbər verir ki, bunu APA-ya Azərbaycan Rəssamlar İttifaqının İstehsalat Yaradıcılıq Kombinatının direktoru Baloğlan Hüseynov deyib.

Onun sözlərinə görə, heykəlin 8-12 ay müddətinə hazırlanması nəzərdə tutulur:

“Artıq lazım olan bürünc material əldə olunub və istehsalat prosesinə başlanılıb. Lakin heykəlin istehsalı heç də asan başa gələn proses deyil, ona görə də müddətin bu qədər uzun olması təbiidir”.

Həmçinin oxu: "Azad qadın" heykəlinin tarixçəsi: yubiley abidəsi, heykəltəraşın tamamlanmamış işi - FOTO

Direktor heykəlin hündürlüyü məsələsinə də toxunub. O qeyd edib ki, heykəlin yerdən başına qədər olan hissəsinin hündürlüyü 10, qılıncına qədər olan hissəsinin isə hündürlüyü 12 metr olacaq:

“Çox ağır və möhtəşəm abidə olacaq. Babəkin heykəli Qafqazda ən hündür heykəllərdən biri olacaq”.

Qeyd edək ki, Prezident İlham Əliyev 2011-ci ildə Bakıda görkəmli Azərbaycan sərkərdəsi Babəkin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb. Heykəlin müəllifi Xalq rəssamı Arif Qazıyevdir. Abidə Babəkin adını daşıyan prospektdə ucaldılacaq.

BakuCity.az

Bakı Babək heykəl
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kəs qiymətləndirməyib
223 baxış dekabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Babalarına verilməsi üçün məhkəməyə müraciət edilib Bakının Sabunçu rayonunda azyaşlı uşaqların ataları və ögey anaları tərəfindən ağır işgəncələrə məruz qalması ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində araşdırmalara başlanılıb. BakuCity.az-ın məlumatına görə, bu barədə “Report”un sorğusuna cavab olaraq Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib. O bildirib ki, faktla bağlı Sabun...
Cəmiyyət
Onun həyatını xilas etmək mümkün olmayıb Bakının Nizami rayonunda qətl hadisəsi baş verib. BakuCity.az APA-ya istinadən xəbər verir ki, hadisə metronun "Qara Qarayev" stansiyasının yaxınlığında törədilib. 28 yaşlı Kazımov Ramal Kamal oğlu naməlum şəxs tərəfindən ürək nahiyəsindən 5 bıçaq xəsarəti alıb. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Həmçinin oxu: Bakıda gənc özündən 7 yaş böyük sevgilisini küçədə öldürdü - YENİL...
Cəmiyyət
Türkiyə təcrübəsini Azərbaycanla paylaşmağa hazırdır Azərbaycan Türkiyənin İstanbul şəhərindəki nəqliyyat idarəetmə təcrübəsini Bakıda tətbiq etmək istəyir. Bu məqsədlə Bakı Nəqliyyat Agentlyinin rəsmiləri bu meqapolisdəki nəqliyyat idarəetməsi ilə yerində tanış olublar. İstanbul Böyükşəhər Bələdiyyəsinin İdarəetmə Mərkəzində keçirilən görüşdə ictimai nəqliyyatın idarə olunması prosesi haqqında məlumat verilib. Görüş zamanı ictimai nəqliyyatda sərnişinləri...
İdman
Tamaşaçılar da hərəkətləri təkrar edib Bakıda Milli Gimnastika Arenasında Azərbaycan Gimnastika Federasiyasının Birinci estafet yarışları başlayıb. BakuCity.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, estafetdə müxtəlif gimnastika növləri üzrə Azərbaycan milli komandalarının üzvlər və onların valideynləri, ümumilikdə 200 nəfər iştirak edir. Estafetə 9 komanda - “Şahdağ”, “Odlar yurdu”, “Koroğlu”, “Xəzər”, “Gülüstan”, “Qarabağ”, “Qobustan”, “Göygöl” və B...
İdman
Çempionatda 8 komanda iştirak edir Azərbaycanda ilk dəfə amputa klubların çempionatına start verilib.  BakuCity.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, artıq çempionatın ilk matçı da baş tutub.  Abşeron Olimpiya İdman Kompleksinin stadionunda keçirilən qarşılaşmada “Qarabağ”la “Sumqayıt” üz-üzə gəlib. “Gənclik şəhəri”nin təmsilçisi bu matçdan son dəqiqələrdə vurulan 1 qolla qalib gəlib.  Çempionatın növbəti oyunları qarşıdakı günlərdə keçiriləcək. 4 ko...
Cəmiyyət
Qırmızı Qəsəbədəki qəbiristanlıqda torpağa tapşırılacaq Bakıda vəfat edən deputat Yevda Abramov bu gün dəfn olunmayacaq. BakuCity.az-ın məlumatına görə, mərhum deputatın qızı Bəsti Yusifova Report-a bildirib ki, dünyasını dəyişən şəxsin şənbə günü torpağa tapşırılması onların adət-ənənəsinə uyğun deyil: "Ona görə də atamın dəfn mərasimi bazar günü, yəni dekabrın 8-də keçiriləcək". Beləliklə, Y.Abramovla vida mərasimi dekabrın 8-i saat 12:00-dan 13:00-dək Q...
Cəmiyyət
Gələn ildən yüklərin Çinə nəqli nəzərdə tutulub Qədim İpək Yolunun başlandığı Sian şəhərində ənənəvi “Silk Road Business Summit” işinə başlayıb. Bakı Beynəlxalq Dəniz Ticarət Limanınından BakuCity.az-a verilən məlumata görə, çoxlu sayda dövlət və özəl şirkət rəhbərləri, “Bir Kəmər, Bir Yol” layihəsi üzərində fəaliyyət göstərən qurumların iştirak etdiyi tədbirdə Bakı Limanının Baş direktoru Taleh Ziyadov çıxış edərək bildirib ki, 21-ci əsrin bütün texniki s...
Cəmiyyət
Tbilisi sakinləridirlər 2019-cu il noyabrın 2-də Bakı bulvarı boyunca guya erməni milliyətindən olan şəxslərin avtomobillə hərəkət edərək erməni dilində danışıb qeyri-etik ifadələr işlətmələri ilə bağlı video yayılmışdı. BakuCity.az İTV-yə istinadən xəbər verir ki, "Ermənilər Bakıda" başlıqlı bu görüntü müəyyən müzakirələrə səbəb olmuşdu. Jurnalist araşdırması nəticəsində bəlli olub ki, həmin şəxslər Gürcüstan vətəndaşı olan azərbaycanlılardır. Tbilisi sak...
Hadisələr
Avtomobillərə ciddi ziyan dəyib Nərimanov rayonunda 4 avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Qəza Əhməd Rəcəbli küçəsində qeydə alınıb. BakuCity.az Oxu.az-a istinadən məlumat verir ki, Qənbərov Seyfəddin Kərəməli oğlu idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili ilə hərəkətdə olarkən geriyə dönmə əməliyyatı etmək istəyib. Lakin arxadan gələn nəqliyyat vasitələrini gözləmədiyindən qəzaya səbəb olub. Belə ki, arxada hərəkət...