Axtarışlar başa çatdı
Xəzərdə itkin düşən neftçi tapılıb.
Fövqəladə Hallar Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, noyabrın 18-də Xəzər dənizində Abşeron Neft-Qaz Çıxarma İdarəsinin estakadasının yaxınlığında batan 1965-ci il təvəllüdlü Şərifov İlqar Şirin oğlunun axtarışları başa çatıb.
Həmçinin oxu: Rəisin qardaşı Xəzərdə faciəvi şəkildə həlak oldu
İ.Şərifovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
BakuCity.az