Yaşlı qadın Prezidentə yaxınlaşıb kredit borcunun silinməsini xahiş etdi - VİDEO

Yaşlı qadın Prezidentə yaxınlaşıb kredit borcunun silinməsini xahiş etdi - VİDEO

Dövlət başçısı dərhal müvafiq göstəriş verib

Noyabrın 19-da “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Bakı dairəvi dəmir yolunun Sabunçu-Pirşağı xəttinin yenidənqurmadan sonra açılışı olub.

BakuCity.az xəbər verir ki, açılışda iştirak edən Prezident İlham Əliyev metronun “28 May” stansiyasının qarşısında vətəndaşlarla görüşüb, onlarla söhbət edib.

Dövlət başçısına yaxınlaşan yaşlı qadın - Bakı sakini Məmmədova Səmayə İbrahim qızı krediti olduğunu və ödəmək imkanı olmadığını bildirib. Bununla yanaşı, nəvəsinin də təhsil haqqısının olduğunu və onu da ödəyə bilmədiklərini söyləyib.

Dövlət başçısı dərhal qadının probleminin həlli üçün müvafiq göstəriş verib.

BakuCity.az "Qafqazinfo"ya istinadən həmin anın videosunu təqdim edir:

BakuCity.az

Bakı sakini İlham Əliyev
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər