Bakıda tez-tez pozulan piyada zolaqları - VİDEO

"3D formatlı piyada zolaqlarından istifadə nəzərdə tutulur"

Hazırda Bakıda və ətraf ərazilərdə avtomobil yollarında piyada keçidi zolaqları var. Ancaq onların əksəriyyəti, demək olar, görünməz haldadır və ya tamamilə gözdən itib. Təbii ki, bu da haqlı narazılığa səbəb olur. Adətən, mərkəzdə belə hallar olanda həmin zolaqlar qısa müddətdə rənglənir. Ancaq şəhər ətrafında paytaxtın mərkəzi hissəsi ilə müqayisədə silinən piyada zolaqları daha çoxdur. Əlbəttə, bu da yollarda bədbəxt hadisələrin baş verməsinə və sürücülərin cərimələnməsinə səbəb olur. Bəs sözügedən problemi necə həll etmək olar?

Nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı “Report”a açıqlamasında bildirib ki, rəngi solan və ya silinən piyada zolaqları məsələsi çox aktualdır və belə zolaqlar potensial qəza mənbəyidir:

“Bu gün nəinki Bakıətrafı qəsəbələrdə, hətta şəhərin özündə belə həmin zolaqların silindiyinin şahidi oluruq. Doğrudur, mərkəzdə belə zolaqlar mütəmadi olaraq rənglənir, amma ətraf ərazilərdə biz bunu görmürük. Bakıətrafı qəsəbələrdə bu məsələ bir qədər diqqətdən kənarda qalıb. Əvvəllər bu boyaların tərkibinə fosfor, şüşə tozu, alüminium qırıntıları və digər kimyəvi maddələr qatırdılar. Axşam saatlarında avtomobillərin işığında piyada keçidi işıq saçırdı və görünürdü. Nəticədə sürücü piyada keçidini görüb sürəti azaldırdı. İndi isə piyada keçidlərində bu effekti cəmi bir ay görə bilərsən”. 

Onun sözlərinə görə, paytaxtın bəzi küçələrində piyada keçidlərinin yeri düzgün müəyyənləşməyib:

Həmçinin oxu: Bakıda 3D piyada zolağı çəkən müəllim: "Hələlik heç bir qurum bu işlə maraqlanmayıb" - FOTO

"Bəzi ünvanlarda zolaq var, amma nişan qoyulmayıb, bəzilərində zolaqlar silinərək görünməz hala düşüb. Mircəlal küçəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenicə təmir edilməsinə baxmayaraq, hazırda həmin ərazidə vəziyyət olduqca acınacaqlıdır. Əvvəldən piyada zolağının mövcudluğuna baxmayaraq, 30 metr sonra daha bir piyada zolağı çəkilib və əvvəlkini silməyiblər. Belədə sürücü ilə piyada arasında müəyyən gərgin anların yaşanmasına səbəb olur. Sürücülər də deyir ki, zolağın silinməsi onlarla piyadalar arasında mübahisəyə səbəb olur. Piyada "yol mənimdir" deyib yolu keçir, biz isə yolda zolaq görmədiyimiz üçün piyadaya yol vermək istəmirik. Nəticədə də qəza şəraiti yaranır, hətta piyada vurulması riskini artırır". 

Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev “Report”a deyib ki, paytaxtın küçə-yol şəbəkəsində mövcud eyni səviyyəli piyada keçidlərinin, yəni zolaqların yenilənməsi işləri mütəmadi olaraq aparılır:

"Bu, bəzi hallarda vətəndaş müraciətləri, bəzi hallarda isə əməkdaşlarımızın apardığı monitorinqlər əsasında zolaqların silinməsi ilə bağlı aşkarlanan hallar aradan qaldırılır. Ötən dövr ərzində 1400 piyada zolağı çəkilib. Onlardan artıq mini yenilənib. Təkcə sentyabr ayında yüzdən artıq məktəbin qarşısında piyada zolaqları yenilənib". 

Onun sözlərinə görə, yaxın gələcəkdə paytaxtın daha çox risk qrupuna daxil olan küçələrində Avropa ölkələrində geniş tətbiq olunan 3D formatlı piyada zolaqlarından istifadə edilməsi nəzərdə tutulur:

"3D formatlı piyada zolaqlarının bütün küçələrdə istifadə edilməsi hələlik mümkün deyil. Daha çox risk qrupuna daxil olan və piyadaların kütləvi istifadə etdiyi küçələr var, onlar da təhlillərlə müəyyənləşdiriləcək. Bundan sonra 3D formatlı piyada zolaqlarından istifadə edilməsi planlaşdırılacaq". 

Qeyd edək ki, qaydalara görə, piyada zolaqlarının rəngləmə işləri magistral yollarda hər 5-6 aydan bir, şəhərdaxili yollarda isə 2-3 aydan bir intensivliyə görə yenidən rənglənməlidir.

BakuCity.az

Bakı piyada zolaqları
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kim məsləhət bilməyib
Log in ,
to rate and recommend

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Kriminal
Paytaxt sakinləri Oruc Ağayev və İlkin Salayev tutulublar Binəqədi rayonunda yerləşən mənzillərdən birindən oğurluq olub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat ximdətindən BakuCity.az-a verilən məlumata görə, naməlum şəxs evə daxil olaraq dolabdan qızıl-zinət əşyaları və 2 ədəd mobil telefon oğurlayıb. Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Müəyyən edilib ki, oğurluq hadisəsini törədən...
Siyasət
"Biz sosial şəbəkələrə göz yummaqda maraqlı deyilik" Sosial şəbəkələr olmasaydı, məntəqələrin 98 faizində seçkilər yaxşı keçməzdi. BakuCity.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında MSK sədri Məzahir Pənahov deyib. Həmçinin oxu: MSK daha 7 məntəqənin nəticələrini etibarsız saydı O qeyd edib ki, bu, çox gözəl bir vasitədir: “Sosial şəbəkələrin imkanı çox genişdir. Eyni zamanda çox əsaslı bir mənbədir. Biz sosial şəbəkələrə göz y...
Siyasət
Lider namizəd Mixail Zabelindir Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkiləri ilə əlaqədar 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizədlər Səməd Rəhimli və digərlərinin müraciətinə baxılıb. BakuCity.az-ın məlumatına görə, MSK üzvü İlkin Şahbazov deyib ki, müraciət edən şəxslər həmin dairə üzrə məntəqələrdə qanun pozuntularının olduğunu bildirib, 35 protokol təqdim ediblər: Həm...
Cəmiyyət
Proqram eyni olsa da, qiymətlər fərqlidir Sağlam bədəndə sağlam ruh olar deyiblər. Sağlamlığın yolu isə düzgün qidalanmaqla yanaşı, birbaşa idmandan keçir. Paytaxt sakinləri arasında idmana olan maraq isə yüksəkdir. Buna sübut olaraq şəhərdə fəaliyyət göstərən idman zalları, fitnes klublar və bu tipli müxtəlif salonların getdikcə çoxalmasını göstərmək olar. Bu, insanların özünə olan diqqətinə, qayğısına da işarədir və istənilən halda yaxşı göstəricidir. Mə...
Hadisələr
Hadisə Xocalı prospektində qeydə alınıb Bakıda çoxmərtəbəli binada pəncərə şüşəsini silən qadın həyatını təhlükəyə atıb. BakuCity.az "Report"a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Xocalı prospektində yerləşən 15 mərtəbəli binalardan birində qeydə alınıb. Belə ki, yeni tikilinin 9-cu mərtəbəsində yaşanmış təhlükəli anları lentə alan "Report"un oxucusu həmin görüntüləri redaksiyamıza göndərib. Görüntülərdən məlum olur ki, binada təmizlik işləri apa...
Mədəniyyət
"Atamla fəxr edirəm" Xalq artisti Rafael Dadaşovun oğlu Emil Dadaşov ilk dəfə efirdə görünüb. BakuCity.az Baku.ws-ə istinadən xəbər verir ki, "Şou ATV" verilişinə açıqlama verən 50 yaşlı Emil atası, bacısı və xalası ilə fəxr etdiyini bildirib: "Atamla fəxr edirəm. Hər zaman ondan ibrət dərsi götürmüşəm".  50 yaşlı Emil bir oğul atasıdır. O, Xalq artisti ilə bir evdə yaşayır. BakuCity.az
Cəmiyyət
Qəzaların 80 faizi sürücü diqqətsizliyi ucbatından baş verib Dövlət Yol Polisi sükan arxasında diqqəti olmaq barəsində yeni sosial çarx hazırlayıb. BakuCity.az xəbər verir ki, sosial çarxın hazırlanmasında əsas məqsəd sürücüləri sükan arxasında diqqəti olmağa təşviq etmək, qəzaların qarşısını almaqdır. Videoda gənc ailə təsvir olunub. Yeni dünyaya gələcək övladlarının sevincini yaşayan cütlük avtomobildə hərəkət edir. Bu zaman sürücü öz sevincini bölüşmək...
Cəmiyyət
Boşaldılmış evlər digər məcburi köçkün ailələrinə veriləcək Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 70-dən çox məcburi köçkün ailəsinə verilən mənzilin geri qaytarılması üçün məhkəməyə müraciət edib. BakuCity.az "Report"a istinadən xəbər verir ki, bu barədə Dövlət Komitəsinin Aparat rəhbəri Eldar Zeynalov bildirib. Onun sözlərinə görə, məcburi köçkün ona verilən mənzildə yaşamadığı halda həmin ev geri alınaraq orada başqa məcburi köç...
Hadisələr
Patrul avtomobili qəzadan yayınmağa çalışsa da... Yol Patrul Xidməti (YPX) avtomobili “Mercedes” markalı avtomobilə çırpılıb. BakuCity.az Yeniavaz.com-a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi dünən Bakı-Sumqayıt yolunda qeydə alınıb. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, qəzaya sağ hərəkət zolağını gözləmədən qəfil yola çıxan nəqliyyat vasitəsi səb...