Bakıda elektron siqaretlər və tütün qızdırıcıların reklamına niyə icazə verilir?

Buna görə cərimə nəzərdə tutulur

Bakıda ara-sıra elektron siqaretlər və ya tütün qızdırıcıların (Glo, IQOS) reklamına rast gəlinir. İstər-istəməz sual yaranır: bu növ məhsullar tütün məmulatı sayılırsa, reklamına niyə icazə verilir?

Məsələ ilə bağlı BakuCity.az Azad İstehlakçılar Birliyinin sədri, Beynəlxalq İstehlakçılar Təşkilatının Azərbaycandakı nümayəndəsi Eyyub Hüseynovun fikirlərini öyrənib.

E.Hüseynov qeyd edib ki, bu cür məhsulların ölkədə istər açıq, istərsə də qapalı şəkildə reklamına icazə verilməməlidir:

“On ildən artıqdır ki, tütün məhsullarının, xüsusilə də Yaponiyadan Azərbaycana gətirilən elektron siqaretlərin satışı və reklamı ilə mübarizə aparıram. Tütün məhsulları nə qədər zərərlidirsə, elektron siqaretlər və tütün qızdırıcılar da o qədər zərərlidir. Amma çox təəssüf ki, bu gün ölkə ərazisində, xüsusilə də paytaxtda bu məhsulların reklamı artır – həm bukletlər şəklində, həm də market və s. kimi yerlərdə. Layt adlandırılan siqaretlər də var ki, guya tərkibində nikotin olduqca azdır və insan sağlamlığına zərər vurmur. Filtrli, filtrsiz, elektron və ya “Glo” – hamısı eyni dərəcədə zərərlidir”.

O bildirib ki, Azərbaycanda tütün və tütün məhsullarının istifadənin azaldılması ilə bağlı bütün qərarlar elektron siqaretlərə və tütün qızdırıcılara birmənalı şəkildə aid edilməlidir:

Həmçinin oxu: Bakıda reklam edilən elektron siqaretlər və tütün qızdırıcılar sağlamlığa ziyan deyil?

“Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”da göstərilir ki, 2020-ci ilə qədər ölkədə tütündən istifadə 10% azaldılmalıdır. Təəssüflər olsun ki, bu strategiya həyata keçirilmir.

Artıq üç ildir ki, Şəkidə fəaliyyət göstərən bir tütün fabriki “Karvan”, “Marxal” və “Şəki” kimi siqaretlər istehsal edir. Hazırda paytaxtda siqaretlərin topdansatış mərkəzləri fəaliyyət göstərir. Bu satış mərkəzlərində satılan tütün məhsullarının ekspertizasını xaricdə keçirmişik və məlum olub ki, zərərli maddələrin miqdarı normadan 67% artıqdır. Müvafiq dövlət orqanı da bu məhsulların satılmasının qarşısının alınması üçün tədbirlər görüb, amma azad bazar iqtisadiyyayından sui-istifadə olunaraq bu gün də bu məhsulların satışı davam edir”.

Azad İstehlakçılar Birliyi sədrinin fikrincə, Azərbaycan dünyada az ölkələrdən biridir ki, müasir marketlərə girdikdə insan ilk olaraq siqaret reklamları ilə qarşılaşır:

“Bu isə təbii ki, düzgün deyil. Ən azından, MDB təcrübəsi tətbiq edilərək siqaretlərin üstü örtülməlidir”.

Dövlət Reklam Agentliyindən (ADRA) isə saytımıza bildirilib ki, “Reklam haqqında” qanunun 28-ci maddəsinə əsasən, tütün, tütün məmulatlarının və onların ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının, alışqanların reklamı qadağandır:

“Dövlət Reklam Agentliyi adıçəkilən məmulatların açıq məkanda reklamına icazə vermir. Əgər hər hansı reklam yayıcısı bununla bağlı qanunun tələblərini pozarsa, Agentlik zəruri tədbirlər həyata keçirir. Bu zaman qanunvericiliyin tələblərinə əməl etməyən sahibkar cərimələnə də bilərlər”.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə görə fiziki şəxslər üçün 300 manatdan 500 manatadək, vəzifəli şəxslər üçün 1500 manatdan 2500 manatadək, hüquqi şəxslər üçün isə 5000 manatdan 10000 manatadək məbləğdə cərimə nəzərdə tutulur.

Ramilə Qardaşxanqızı

BakuCity.az

Bakı elektron siqaretlər tütün qızdırıcılar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kəs qiymətləndirməyib
129 baxış dekabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Hadisələr
Aviasiya dəstəsinin "BE-200ÇS" tipli təyyarəsi cəlb olunub Bakıda tikinti bazarında yanğını söndürmək üçün təyyarə göndərilib. Bu barədə BakuCity.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, nazirliyin müvafiq qüvvələri tərəfindən Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş vermiş yanğının söndürülməsi işləri davam etdirilir. Həmçinin oxu: Bakıda tikinti bazarında yanğını...
Cəmiyyət
Sərhəddən sürətli keçid təmin olunacaq Bakı aeroportunda elektron qapılar quraşdırılıb. Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat mərkəzindən BakuCity.az-a verilən məlumata görə, pilot layihə olaraq Heydər Əliyev Beynəlxalq Aeroportunun birinci terminalının gəlmə zalında yeni 2 ədəd elektron qapı (e-gates) quraşdırılıb. Bir sıra inkişaf etmiş ölkələrin dövlət sərhədindən buraxılış məntəqələrində istifadə olunan elektron qapılar sərhəd nəzarətində tətbiq oluna...
Cəmiyyət
Məhdudiyyət nə qədər davam edəcək? Yol polisi “Eurohome” ticarət mərkəzində baş vermiş yanğın səbəbindən Bakı-Sumqayıt yolunda hərəkət tam məhdudlaşdırıldığı üçün sürücülərə alternativ yollardan istifadə etməyi tövsiyə edir. BakuCity.az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov “Qafqazinfo”ya açıqlamasında bildirib: “Vəziyyəti təhlil etdiyimiz zaman məsləhət görərik ki, Bakıdan Su...
Cəmiyyət
Baba cinayətkarın cəzasına çatmasını istəyir Bakıda yaşayan Qulu və Hüseyn adlı qardaşların ata və ögey anaları tərəfindən ağır işgəncələrə məruz qalması ilə bağlı məlumatlar və bu işgəncələri özündə əks etdirən fotolar yayılıb. Körpə ikən doğma anaları vəfat edən azyaşlı qardaşlar sonradan başqa bir qadınla evlənən atasının himayəsində qalıblar. Bundan sonra uşaqlar ögey anaları tərəfindən dəfələrlə döyülüb. Məlumata əsasən, uşaqlar hazırda ana babalarını...
Cəmiyyət
Sərnişinlərdən anlayış göstərmələri xahiş edilir Bakı-Sumqayıt yolunda yerləşən tikinti materialları bazarında baş vermiş yanğın səbəbindən yolda hərəkət tamamilə məhdudlaşıb. Bakı Nəqliyyat Agentliyindən BakuCity.az-a verilən məlumata görə, bu səbəbdən ərazidən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların intervalında gecikmələr yaranıb. Həmçinin oxu: Bakıda tikinti bazarında yanğını söndürmək üçün helikopterlər havaya qalxdı: zəhərlənənlər var - VİDE...
Hadisələr
Yanğınsöndürmə işləri davam edir Bakının Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş verən yanğını söndürmək üçün Fövqəladə Hallar Nazirliyinin 3 helikopteri cəlb olunub. BakuCity.az xəbər verir ki, yanğınla əlaqədar "Çağırış 3" elan olunub. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.  Səhiyyə Nazirliyindən bildirilib ki, hadisə yerinə artıq 5 briqada cəlb olunub. Saat 10:45-ə olan məlumata görə, 6 nəfər...
Hadisələr
"Cip" qırmızı işıqda dayanan VAZ-ı vurdu Bakıda iki maşının toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BakuCity.az "Report"a istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu Babək prospektində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü Babazadə Pərviz icarəyə götürərək idarə etdiyi 90-OX-999 dövlət nömrə nişanlı "Toyota Land Cruiser" markalı avtomobillə sürət həddini aşaraq işıqforun qırmızı işığında dayanan, 1999-cu il təvəllüd...
Cəmiyyət
Hündürlüyü 34 metr olacaq Qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və 1 yanvar - Yeni il bayramı ilə əlaqədar Bakıda ən böyük Yeni il yolkasının quraşdırılacağı yer məlum olub. BakuCity.az-ın məlumatına görə, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentindən Trend-ə bildirilib. Məlumata görə, paytaxtın müxtəlif yerlərində yolkalar quraşdırılacaq: "Rayon icra hakimiyyətləri tərəfindən Yeni il yolkaları Ba...
Mədəniyyət
Azərbaycan Milli Xalça Muzeyinin Uşaq şöbəsinin 10 illik yubileyinə həsr olunmuş sevinc, əyləncə, həyəcan dolu ikigünlük “Xalça diyarına səyahət” festivalı dünən başa çatıb. BakuCity.az xəbər verir ki, festivalı muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova açaraq ilk dəfə məhz bu muzeydə Uşaq şöbəsinin yaradıldığını və ötən müddət ərzində tədris sahəsində fəaliyyətini inkişaf etdirdiyini vurğulayıb: “Məqsədimiz uşaqları milli dəyərlərimizlə,...