Bakıda elektron siqaretlər və tütün qızdırıcılarının reklamına niyə icazə verilir?

Buna görə cərimə nəzərdə tutulur

Bakıda ara-sıra elektron siqaretlər və ya tütün qızdırıcılarınının (Glo, IQOS) reklamına rast gəlinir. İstər-istəməz sual yaranır: bu növ məhsullar tütün məmulatı sayılırsa, reklamına niyə icazə verilir?

Məsələ ilə bağlı BakuCity.az Azad İstehlakçılar Birliyinin sədri, Beynəlxalq İstehlakçılar Təşkilatının Azərbaycandakı nümayəndəsi Eyyub Hüseynovun fikirlərini öyrənib.

E.Hüseynov qeyd edib ki, bu cür məhsulların ölkədə istər açıq, istərsə də qapalı şəkildə reklamına icazə verilməməlidir:

“On ildən artıqdır ki, tütün məhsullarının, xüsusilə də Yaponiyadan Azərbaycana gətirilən elektron siqaretlərin satışı və reklamı ilə mübarizə aparıram. Tütün məhsulları nə qədər zərərlidirsə, elektron siqaretlər və tütün qızdırıcıları da o qədər zərərlidir. Amma çox təəssüf ki, bu gün ölkə ərazisində, xüsusilə də paytaxtda bu məhsulların reklamı artır – həm bukletlər şəklində, həm də market və s. kimi yerlərdə. Layt adlandırılan siqaretlər də var ki, guya tərkibində nikotin olduqca azdır və insan sağlamlığına zərər vurmur. Filtrli, filtrsiz, elektron və ya “Glo” – hamısı eyni dərəcədə zərərlidir”.

O bildirib ki, Azərbaycanda tütün və tütün məhsullarının istifadənin azaldılması ilə bağlı bütün qərarlar elektron siqaretlərə və tütün qızdırıcılarına birmənalı şəkildə aid edilməlidir:

Həmçinin oxu: Bakıda reklam edilən elektron siqaretlər və tütün qızdırıcıları sağlamlığa ziyan deyil?

“Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”da göstərilir ki, 2020-ci ilə qədər ölkədə tütündən istifadə 10% azaldılmalıdır. Təəssüflər olsun ki, bu strategiya həyata keçirilmir.

Artıq üç ildir ki, Şəkidə fəaliyyət göstərən bir tütün fabriki “Karvan”, “Marxal” və “Şəki” kimi siqaretlər istehsal edir. Hazırda paytaxtda siqaretlərin topdansatış mərkəzləri fəaliyyət göstərir. Bu satış mərkəzlərində satılan tütün məhsullarının ekspertizasını xaricdə keçirmişik və məlum olub ki, zərərli maddələrin miqdarı normadan 67% artıqdır. Müvafiq dövlət orqanı da bu məhsulların satılmasının qarşısının alınması üçün tədbirlər görüb, amma azad bazar iqtisadiyyatından sui-istifadə olunaraq bu gün də bu məhsulların satışı davam edir”.

Azad İstehlakçılar Birliyi sədrinin fikrincə, Azərbaycan dünyada az ölkələrdən biridir ki, müasir marketlərə girdikdə insan ilk olaraq siqaret reklamları ilə qarşılaşır:

“Bu isə təbii ki, düzgün deyil. Ən azından, MDB təcrübəsi tətbiq edilərək siqaretlərin üstü örtülməlidir”.

Dövlət Reklam Agentliyindən (ADRA) isə saytımıza bildirilib ki, “Reklam haqqında” qanunun 28-ci maddəsinə əsasən, tütün, tütün məmulatlarının və onların ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının, alışqanların reklamı qadağandır:

“Dövlət Reklam Agentliyi adıçəkilən məmulatların açıq məkanda reklamına icazə vermir. Əgər hər hansı reklam yayıcısı bununla bağlı qanunun tələblərini pozarsa, Agentlik zəruri tədbirlər həyata keçirir. Bu zaman qanunvericiliyin tələblərinə əməl etməyən sahibkar cərimələnə də bilərlər”.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə görə fiziki şəxslər üçün 300 manatdan 500 manatadək, vəzifəli şəxslər üçün 1500 manatdan 2500 manatadək, hüquqi şəxslər üçün isə 5000 manatdan 10000 manatadək məbləğdə cərimə nəzərdə tutulur.

Ramilə Qardaşxanqızı

BakuCity.az

Bakı elektron siqaretlər tütün qızdırıcılar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kim məsləhət bilməyib
Log in ,
to rate and recommend

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Kriminal
Paytaxt sakinləri Oruc Ağayev və İlkin Salayev tutulublar Binəqədi rayonunda yerləşən mənzillərdən birindən oğurluq olub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat ximdətindən BakuCity.az-a verilən məlumata görə, naməlum şəxs evə daxil olaraq dolabdan qızıl-zinət əşyaları və 2 ədəd mobil telefon oğurlayıb. Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Müəyyən edilib ki, oğurluq hadisəsini törədən...
Siyasət
"Biz sosial şəbəkələrə göz yummaqda maraqlı deyilik" Sosial şəbəkələr olmasaydı, məntəqələrin 98 faizində seçkilər yaxşı keçməzdi. BakuCity.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında MSK sədri Məzahir Pənahov deyib. Həmçinin oxu: MSK daha 7 məntəqənin nəticələrini etibarsız saydı O qeyd edib ki, bu, çox gözəl bir vasitədir: “Sosial şəbəkələrin imkanı çox genişdir. Eyni zamanda çox əsaslı bir mənbədir. Biz sosial şəbəkələrə göz y...
Siyasət
Lider namizəd Mixail Zabelindir Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkiləri ilə əlaqədar 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizədlər Səməd Rəhimli və digərlərinin müraciətinə baxılıb. BakuCity.az-ın məlumatına görə, MSK üzvü İlkin Şahbazov deyib ki, müraciət edən şəxslər həmin dairə üzrə məntəqələrdə qanun pozuntularının olduğunu bildirib, 35 protokol təqdim ediblər: Həm...
Cəmiyyət
Proqram eyni olsa da, qiymətlər fərqlidir Sağlam bədəndə sağlam ruh olar deyiblər. Sağlamlığın yolu isə düzgün qidalanmaqla yanaşı, birbaşa idmandan keçir. Paytaxt sakinləri arasında idmana olan maraq isə yüksəkdir. Buna sübut olaraq şəhərdə fəaliyyət göstərən idman zalları, fitnes klublar və bu tipli müxtəlif salonların getdikcə çoxalmasını göstərmək olar. Bu, insanların özünə olan diqqətinə, qayğısına da işarədir və istənilən halda yaxşı göstəricidir. Mə...
Hadisələr
Hadisə Xocalı prospektində qeydə alınıb Bakıda çoxmərtəbəli binada pəncərə şüşəsini silən qadın həyatını təhlükəyə atıb. BakuCity.az "Report"a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Xocalı prospektində yerləşən 15 mərtəbəli binalardan birində qeydə alınıb. Belə ki, yeni tikilinin 9-cu mərtəbəsində yaşanmış təhlükəli anları lentə alan "Report"un oxucusu həmin görüntüləri redaksiyamıza göndərib. Görüntülərdən məlum olur ki, binada təmizlik işləri apa...
Mədəniyyət
"Atamla fəxr edirəm" Xalq artisti Rafael Dadaşovun oğlu Emil Dadaşov ilk dəfə efirdə görünüb. BakuCity.az Baku.ws-ə istinadən xəbər verir ki, "Şou ATV" verilişinə açıqlama verən 50 yaşlı Emil atası, bacısı və xalası ilə fəxr etdiyini bildirib: "Atamla fəxr edirəm. Hər zaman ondan ibrət dərsi götürmüşəm".  50 yaşlı Emil bir oğul atasıdır. O, Xalq artisti ilə bir evdə yaşayır. BakuCity.az
Cəmiyyət
Qəzaların 80 faizi sürücü diqqətsizliyi ucbatından baş verib Dövlət Yol Polisi sükan arxasında diqqəti olmaq barəsində yeni sosial çarx hazırlayıb. BakuCity.az xəbər verir ki, sosial çarxın hazırlanmasında əsas məqsəd sürücüləri sükan arxasında diqqəti olmağa təşviq etmək, qəzaların qarşısını almaqdır. Videoda gənc ailə təsvir olunub. Yeni dünyaya gələcək övladlarının sevincini yaşayan cütlük avtomobildə hərəkət edir. Bu zaman sürücü öz sevincini bölüşmək...
Cəmiyyət
Boşaldılmış evlər digər məcburi köçkün ailələrinə veriləcək Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 70-dən çox məcburi köçkün ailəsinə verilən mənzilin geri qaytarılması üçün məhkəməyə müraciət edib. BakuCity.az "Report"a istinadən xəbər verir ki, bu barədə Dövlət Komitəsinin Aparat rəhbəri Eldar Zeynalov bildirib. Onun sözlərinə görə, məcburi köçkün ona verilən mənzildə yaşamadığı halda həmin ev geri alınaraq orada başqa məcburi köç...
Hadisələr
Patrul avtomobili qəzadan yayınmağa çalışsa da... Yol Patrul Xidməti (YPX) avtomobili “Mercedes” markalı avtomobilə çırpılıb. BakuCity.az Yeniavaz.com-a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi dünən Bakı-Sumqayıt yolunda qeydə alınıb. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, qəzaya sağ hərəkət zolağını gözləmədən qəfil yola çıxan nəqliyyat vasitəsi səb...