Cəlil Məmmədquluzadənin nəticəsinə Bakıda nə hədiyyə edildi? - FOTO

Martin Cavanşiri Azərbaycana dair təəssüratlarını bölüşüb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev görkəmli Azərbaycan yazıçısı və dramaturqu Cəlil Məmmədquluzadənin nəslinin davamçıları, ədibin hazırda Polşada yaşayan nəticəsi Martin Cavanşiri və kötükcəsi Pşemislav Cavanşiri ilə görüşüb.

BakuCity.az xəbər verir ki, görüşdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli də iştirak edib.

Cəlil Məmmədquluzadənin zəngin ədəbi-bədii yaradıcılığından danışan akademik Ramiz Mehdiyev bildirib ki, görkəmli yazıçının Azərbaycan xalqı qarşısında böyük xidmətləri vardır. Mirzə Cəlil hekayə və dramlarında, publisistik əsərlərində Azərbaycan xalqının inkişafına çalışıb, milli istiqlal uğrunda mübarizə aparıb. Ədib haqqında çoxsaylı kitablar, əsərlər və məqalələr yazılıb.

AMEA-nın prezidenti müasir dövrdə Polşa ilə Azərbaycan arasında müxtəlif sferalarda əlaqələrin olduğunu deyib. Həmçinin qeyd edib ki, polşalılar uzun illər Azərbaycanda yaşayıb-yaradıb, polşalı memarlar tarixi binalar tikiblər.

Akademik Ramiz Mehdiyev Cəlil Məmmədquluzadənin nəslinin davamçılarının tapılması istiqamətində uzun illər araşdırmaların aparıldığını bildirib. Qeyd edib ki, onların səfəri zamanı ulu babaları Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı ilə tanış olmaq üçün lazımi şərait yaradılıb.  

Sonra akademik Ramiz Mehdiyev qonaqlara Naxçıvan xalçası hədiyyə edib.

Daha sonra çıxış edən Martin Cavanşiri Azərbaycana dair təəssüratlarını bölüşüb. O, ölkəmizə ilk dəfədir səfər etdiyini və böyük maraqla qarşılandığını deyərək, ulu babasının Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilməsinin son dərəcə təsirli və həyəcanlı, eyni zamanda, qürurverici hadisə olduğunu vurğulayıb. Bundan əlavə, o, Polşaya qayıdan zaman Azərbaycan və burada öyrəndikləri haqqında xoş təəssüratlarını ailəsinə, yaxın qohumlarına və geniş ictimaiyyətə çatdıracaqlarını bildirib.

Martin Cavanşiri onları AMEA-da qəbul etdiyinə görə akademik Ramiz Mehdiyevə dərin minnətdarlığını ifadə edib.

BakuCity.az

Bakı Cəlil Məmmədquluzadə Ramiz Mehdiyev
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
"Azərbaycanda gender əsaslı cinsi seçimin qarşısının alınması və aidiyyətli cavab tədbirlərinin görülməsinə dair Milli Fəaliyyət Planı". Bu təklif BMT-nin Əhali Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birgə hazırlanmış "Azərbaycanda gender əsaslı cinsi seçimin qarşısının alınması və aidiyyətli cavab tədbirlərinin görülməsinə dair Milli Fəaliyyət Planı"nın layihə sənədində qeyd ed...
Cəmiyyət
Azərbaycanda bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin fəaliyyətə başlayacağı tarix dəqiqləşib. BakuCity.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov BAKU.WS-ə bildirib ki, dərslərin bu ilin sentyabr ayında başlaması nəzərdə tutulub: "Nazirlər Kabineti bundan əvvəl qərar vermişdi ki, tədris və təlim-tərbiyə prosesi mayın 31-dək dayandırılsın. Bun...
Kriminal
Bakıda polis narkotik alverçilərinə qarşı növbəti əməliyyat keçirib. BakuCity.az  xəbər verir ki, Səbail rayon Polis İdarəsinin Narkotiklə Mübarizə Bölməsi və 39-cu Polis Bölməsinin əməkdaşları daxil olan məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Aleksey Yeqorovu saxlayıb. Üzərində baxış keçirilərkən ondan 1, 577 marixuana, 0,177 qram metamfetamin aşkar edilib. Qaradağ Rayon Polis İdarəsini...
Kriminal
Bakıda intihar hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, hadisə dünən gecə saatlarında Nərimanov rayonunda qeydə alınıb. 1999-cu il təvəllüdlü Nağıyeva Günel Bəhram qızı özünü Ceyhun Hacıbəyli və Həsən Əliyev küçələrinin kəsişməsindəki binanın 18-ci mərtəbəsindən atıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb. Qeyd edək ki, G.Nağıyeva Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbəsidir. Universitetin Tədris işləri üzrə prorektoru Eldar Aslanov bildi...
İdman
Bakıdakı Dünya Kubokunun keçiriləcəyi vaxt açıqlanıb. Beynəlxalq Gimnastika Federasiyası (FIG) COVID-19 pandemiyası səbəbindən təxirə salınmış bədii gimnastika üzrə Dünya Kuboklarının keçirilməsi üçün yeni tarixləri elan edib. BakuCity.az bu barədə Azərbaycan Gimnastika Federasiyasının (AGF) rəsmi saytına istinadən xəbər verir. Belə ki, 24-26 aprel tarixlərində Bakıda təşkil edilməli olan dünya kuboku növbəti ilin may ayında baş tutacaq. Tokio-2020 Yay Oli...
Cəmiyyət
Azərbaycanda müxtəlif səbəblərdən gündəlik olaraq 150-170 nəfər vəfat edir. BakuCity.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın dünən keçirilən brifinqində deyib. R.Bayramlı deyib ki, dəfn üçün icazə almaq istəyənlər 102 xidmətinə müraciət etməlidirlər: "Lakin keçən dəfə biz gördük ki, bu haldan sui-istfadə edirlər. 102 xidmətinə əsassız zəng edənlər barəsi...
Cəmiyyət
Bakıda müntəzəm və ekspres xətlər üzrə sərnişindaşımalar tam dayandırılacaq. Bakı Nəqliyyat Agentliyi sərt karantin rejimi müddətində əməkdaşlarının daşınması üçün nəqliyyat xidmətlərinə ehtiyacı olan müəssisə və təşkilatlara müvafiq dəstək göstərilməsinə hazırdır. Bu barədə BakuCity.az Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən xəbər verir. "Lakin daşımaları daxili imkanlar hesabına tənzimləyə bilməyən müəssisə və təşkilatlar ciddi zərurət olduğu halda Na...
Hadisələr
Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var. BakuCity.az xəbər verir ki, hadisə dünən axşam saatlarında, Nizami rayonu, Qara Qarayev prospektində, “Lotos” Ticarət Mərkəzinin qarşısında qeydə alınıb. Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib və üç nəfər xəsarət alıb. Xəsarət alanlar 3 saylı Kliniki Şəhər Xəstəxanasına yerləşdiriliblər. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. (apa) BakuCity.az
Cəmiyyət
Bakı Dairəvi-1 avtomobil yolunda hərəkətin təşkilində dəyişiklik edilib. Nəqliyyat vasitələrinin Bakı Dairəvi-1 avtomobil yolu ilə müxtəlif istiqamətlərdə (Sumqayıt yolu, “20 Yanvar” dairəsi və “Şamaxı yolu”, həmçinin Abbas Mirzə Şərifzadə küçəsi, Yeni Yasamal və MİDA-nin yeni inşa etdiyi yaşayış massivləri istiqamətində) fasiləsiz və rahat hərəkətinin təmin olunması məqsədilə sözügedən yolun 6-cı km-də, yerli keçid yollarını birləşdirən mövcud yolötürücül...