Bakıda marketdə şəkil çəkmək olmaz?

Bakıda marketdə şəkil çəkmək olmaz?

"Şəkil çəkmədiyiniz üçün təşəkkür edirik"

“Araz” supermarketlər şəbəkəsi mağaza daxilində şəkil çəkməyə qoyulan qadağa məsələsinə rəsmi münasibət bildirib.

BakuCity.az-ın məlumatına görə, şəbəkənin Marketinq departamenti PR və Daxili kommunikasiya bölməsinin müdiri Billurə Əmirova Oxu.az-a açıqlamasında bildirib ki, şəkil çəkmə ilə bağlı məhdudiyyət təkcə “Araz” supermarketlər şəbəkəsində yox, dünyanın bütün iri şəbəkə marketlərində var:

“Bizdə də təbii ki, bununla bağlı müəyyən məhdudiyyətlər var. Hətta filiallarımızda müştəriləri məlumatlandırmaq üçün üzərində “şəkil çəkmədiyiniz üçün təşəkkür edirik” sözləri əks olunmuş lövhələr asılıb".

O qeyd edib ki, bu məhdudiyyət daha çox qiymətlə bağlıdır:

"Əgər müştəri məhsulu əlinə götürüb şəkil çəkirsə və yaxud övladı ilə alış-veriş zamanı şəkil çəkdirirsə, hər hansısa məhdudiyyətdən söz gedə bilməz. Lakin məhsulun rəfdə, qiyməti ilə birlikdə şəkli çəkilirsə, bu zaman mühafizə əməkdaşı sizə yaxınlaşaraq çəkilişə icazə olmadığını bildirəcək.

Müştərilərimizdən bunu anlayışla qarşılamalarını xahiş edirik”.

BakuCity.az

Bakı market şəkil çəkmək
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər