Dədə Qorqud parkı: şəhərin mərkəzində oazis, katamaranla gəzinti - FOTO

Dədə Qorqud parkı: şəhərin mərkəzində oazis, katamaranla gəzinti - FOTO

Bakının mərkəzindəki mənzərəli göl və hündür şam ağacları

BakuCity.az saytı oxucularını Bakının ən məşhur parkları ilə tanış etməyə davam edir.

Bu dəfə oxucular səs-küylü meqapolisin mərkəzində, Dədə Qorqud parkında - təbiətin kiçik bir guşəsində gəzintiyə çıxacaqlar.

Parkın yaranma tarixi

Nərimanov rayonunda yeni parkının yaradılması ilə əlaqədar tikinti işlərinə Prezident İlham Əliyevin “Azərbaycan Respublikasındakı monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq kompleksləri haqqinda” 2 aprel 2007-ci il tarixli sərəncamına əsasən başlanıldı.

Əvvəllər bu yerdə məşhur uşaq dəmir yolu bağı fəaliyyət göstərirdi və sıx şam ağacları ilə dövrələnmişdi. Lakin süni gölməçələr yaratmaq üçün bəzi ağaclar kəsildi. Uşaq dəmir yolu Dzerjinski adına parkda yerləşirdi. İlk qatar 10 avqust 1947-ci ildə xəttə buraxıldı. Dəmir yolunun iki xətti vardı: əsas üç tərəfli stansiya “Komsomolskaya” və bir tərəfli “Bahar” stansiyası. Hər stansiyanın öz kiçik vağzalı var idi.

Dədə Qorqud parkı: şəhərin mərkəzində oazis, katamaranla gəzinti - FOTO, fotoşəkil-1 Dədə Qorqud parkı: şəhərin mərkəzində oazis, katamaranla gəzinti - FOTO, fotoşəkil-2

Bu dəmir yolunda gənc dəmir yolu işçiləri dərnəyini bitirən 9-15 yaşlı məktəblilər işləyə bilərdilər. Sovet hakimiyyətinin süqutundan sonra qatarlar böyüklər tərəfindən idarə olunurdu, lakin sonra bu dəmir yolu tamamilə fəaliyyətini dayandırdı. 2004-cü ildə Bakı uşaq dəmir yolunun bərpasına cəhd edilsə də, uğurla nəticələnmədi.

Meqapolisin ortasında oazis

İndi bu 6 hektarlıq ərazidə yeni park yerləşir. Açılışı 13 dekabr 2013-cü ildə olub. İstifadəyə verildiyi gündən ilk növbədə geniş və təmiz gölü ilə şəhər sakinləri arasında böyük populyarlıq qazandı. Yaz-yay aylarında bir katamaran qayıq icarəyə götürərək göldə gəzməklə əylənə bilərsiniz.

Həmçinin oxu: Filarmoniya bağı: Musiqi və təbiətin harmoniyası - FOTOREPORTAJ

Park ətrafında ucalan hündür və çoxillik şam ağaclarını da vurğulamaq lazımdır. Əzəmətli ağaclar küknarın xoş ətri ilə kölgə və sərinlik yaradır. Bu nəhəng yaşıl ağacların altında paytaxt sakinlərinin və qonaqların istirahəti üçün çox sayda skamyalar var. Parkda, xüsusilə uşaq və gənclərin bəyəndiyi otlaq sahədə dincəlməyə icazə verilir.  

Şifahi xalq əsəbiyyatı abidəsinə töhfə 

Parkın mərkəzində möhtəşəm “Kitabi Dədə Qorqud” abidəsi var. Meydanın ən geniş hissəsindəki kiçik pilləkənlərlə heykələ doğru qalxmaq olar. Abidə yaşı təxminən 1300 il olan şifahi Azərbaycan ədəbiyyatının ən qədim dastanını əks etdirən kitab şəklində təsvir edilib. Abidənin müəllifi Azərbaycanın Əməkdar rəssamı, heykəltəraş Görüş Babayevdir.

Dədə Qorqud parkı: şəhərin mərkəzində oazis, katamaranla gəzinti - FOTO, fotoşəkil-3 Dədə Qorqud parkı: şəhərin mərkəzində oazis, katamaranla gəzinti - FOTO, fotoşəkil-4 Dədə Qorqud parkı: şəhərin mərkəzində oazis, katamaranla gəzinti - FOTO, fotoşəkil-5 Dədə Qorqud parkı: şəhərin mərkəzində oazis, katamaranla gəzinti - FOTO, fotoşəkil-6 Dədə Qorqud parkı: şəhərin mərkəzində oazis, katamaranla gəzinti - FOTO, fotoşəkil-7 Dədə Qorqud parkı: şəhərin mərkəzində oazis, katamaranla gəzinti - FOTO, fotoşəkil-8 Dədə Qorqud parkı: şəhərin mərkəzində oazis, katamaranla gəzinti - FOTO, fotoşəkil-9 Dədə Qorqud parkı: şəhərin mərkəzində oazis, katamaranla gəzinti - FOTO, fotoşəkil-10 Dədə Qorqud parkı: şəhərin mərkəzində oazis, katamaranla gəzinti - FOTO, fotoşəkil-11 Dədə Qorqud parkı: şəhərin mərkəzində oazis, katamaranla gəzinti - FOTO, fotoşəkil-12 Dədə Qorqud parkı: şəhərin mərkəzində oazis, katamaranla gəzinti - FOTO, fotoşəkil-13 Dədə Qorqud parkı: şəhərin mərkəzində oazis, katamaranla gəzinti - FOTO, fotoşəkil-14

Züleyxa İsmayılova

Foto: Nicat Alili

BakuCity.az

Bakı Dədə Qorqud parkı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər