Bakıda bu binanın sakinlərinə yeni mənzillər verilir, amma... - VİDEO

Bakıda bu binanın sakinlərinə yeni mənzillər verilir, amma... - VİDEO

"Sizi ayın 15-dək köçürdəcəyəm"

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Şüvəlanda 20 ailənin məskunlaşdığı, yaşamaq üçün tamamilə yararsız binanın sakinləri qəbul edilib, onların vəziyyəti ilə maraqlanıblar.

BakuCity.az-ın Baku TV-yə istinadən verdiyi məlumata görə, görüşdən sonra qurum təcilli olaraq sakinlərin yeni yaşayış evləri ilə təmin olunması barədə qərar qəbul edib.

Sakinlər komitənin sədri Rövşən Rzayevin şəxsən bu ünvana gəldiyini bildiriblər:

"Rövşən Rzayev dedi ki, ayın 15-nə kimi sizi köçürdəcəyəm".

Komitə sakinlərin yeni evlərə köçürülməsi barədə qərar versə də, bir neçə sakin istisna olmaqla əksər ailələr bununla razılaşmayıb.

Sakin Rövşən Əsədov: "Mən öz təşəkkürümü bildirirəm ki, bizi pis vəziyyətdə qoymadılar və məni mənzillə təmin etdilər. İki oğlum var. Bizim haqqımıza üç otaqlı mənzil düşür, lakin iki otaqlı mənzil verirlər".

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev isə bildirib ki, birmənalı şəkildə üç otaqlı mənzil yoxdur:

“Evlər artıq paylanılıb. Onlara təklif olunur, əgər razı deyillərsə, digər ünvanlara köçürülürlər. "Qobu 3" yaşayış massivinin açılışı mart ayında gözlənilir. Sadəcə hər vətəndaşın ayrı-ayrı yerlərdə ev istəməsi prosesi gecikdirir".

BakuCity.az

Bakı qəzalı bina yeni mənzil
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər