Britaniyalı mütəxəssislər Bakıda tullantı problemini həll etməyə gəlib - FOTO

Britaniyalı mütəxəssislər Bakıda tullantı problemini həll etməyə gəlib - FOTO

Növbə Nizami, Yasamal və Nəsimi rayonlarınındır

Britaniyalı mütəxəssislər Bakıdakı layihənin uğurunu qeyd etdilər

Artıq 4 aydır ki, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən Böyük Britaniyanın “Mott MacDonald” şirkəti ilə birgə hazırlanmış yeni pilot layihənin - bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi layihəsinin paytaxtın Nərimanov rayonunda icrası həyata keçirilir.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, keçən müddət ərzidə görülən işlərin yüksək səviyyədə aparılması nəticəsində böyük irəliləyişlər əldə olunub.

Layihəyə əsasən Nərimanov rayonunda 400-ə yaxın konteyner meydançası yaradılıb, bura tələbata uyğun miqdarda yeni konteynerlər yerləşdirilrb, onların yuyulması və meydançaların dezinfeksiyası təmin edilir.

Keçən müddət ərzində şirkətin mütəxəssisləri mütəmadi olaraq pilot layihənin həyata keçirildiyi Nərimanov rayonunda tullantıların tərkibinin və digər konponentlərin öyrənilməsi və nəticələrini daha da artırılmasının yollarını araşdırıb, müvafiq təlimatlar veriblər. 

Layihənin növbəti mərhələsinə keçidlə bağlı “Mott MacDonald” şirkətinin rəhbərliyinin səlahiyyətli nümayəndələri, Bakı şəhərində bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması üzrə islahahlar konsepsiyasının rəhbəri Martin Saymon və Devid Dray paytaxtımıza gəliblər. Bakı Şəhər İcra Hakimiyyətində keçirilən görüşdə layihənin birinci mərhələsinin yekunları, gələn il üçün görüləcək işlər, növbəti 2 və sonrakı illər üçün nəzərdə tutulan konsepsiya və digər suallar müzakirə olunub.

M.Saymon bildirib ki, layihənin ilkin nəticələrini uğurlu saymaq olar. Müqayisə üçün qeyd olunub ki, Londonda 20 ildən çox müddətdə icra edilən layihədə təkrar emal üçün çeşidlənən tullantıların həcmi 40 faizə çatıb. Nərimanov rayonunda isə 4 ay ərzində bu istiqamətdə görülən işlər nəticəsində bu rəqəm 32 faizə çatıb, kağız və karton tullantıları 25 faiz olub ki, bu da çox yaxşı nailiyyət sayılmalıdır. Əgər layihənin icrasinin ilk vaxtlarında gündəlik olaraq 6-7 ton təkrar emala gedən tullantı yığılırdısa, hazırda bu rəqəm 25 tona çatıb.

Gələn ilin aprelindən mərhələli qaydada daha 3 rayonun – Nizami, Yasamal və Nəsimi, sonrakı illərdə isə digər rayonların da mərhələli şəkildə bu layihəyə cəlb olunması nəzərdə tutultur.

Eyni zamanda, bir sira çatışmamazlıqlar mövcuddur. Bu, bəzi sakinlərin laqeydliyi, tullantıları hara gəldi atması, meydançalardakı nəzarətçilərin işinə aqressiv yanaşmaları, hərəkətləri ilə prosesin tam yerinə yetirilməsinə maneçilik törətmələri bu hallardandır ki, onları da geniş maarifləndirmə və izahetmə işləri ilə aradan qaldırmaq olar.

Britaniyalı mütəxəssislər Bakıda tullantı problemini həll etməyə gəlib - FOTO, fotoşəkil-1 Britaniyalı mütəxəssislər Bakıda tullantı problemini həll etməyə gəlib - FOTO, fotoşəkil-2 Britaniyalı mütəxəssislər Bakıda tullantı problemini həll etməyə gəlib - FOTO, fotoşəkil-3 Britaniyalı mütəxəssislər Bakıda tullantı problemini həll etməyə gəlib - FOTO, fotoşəkil-4

BakuCity.az

Bakı tullantı layihə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər