Bakıda məşhur restoranda yanğın - FOTO + VİDEO

Bakıda məşhur restoranda yanğın - FOTO + VİDEO

Yanğının sahəsi artıb

Bakının Binəqədi rayonunda yanğın baş verib.

BakuCity.az APA-ya istinadən məlumat verir ki, hadisə Biləcəri dairəsi yaxınlığında, Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı "Qoşa çinar" restoranında qeydə alınıb.

Yanğın restoranın manqal üçün nəzərdə tutulmuş tüstü bacasından başlayıb. Sonradan yanğının sahəsi artıb və elektrik enerjisi kəsilib.

Həmçinin oxu: Bəyin qardaşı "Şahənşah"dakı zəhərlənmədən danışdı, restoran isə xəbəri təsdiqləmir

Əraziyə Fövqəladə Hallar Nazirliyinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğının genişlənməsinin qarşısı alınıb. Yanğın yanğındanmühafizə bölmələri tərəfindən söndürülüb.

Bakıda məşhur restoranda yanğın - FOTO + VİDEO, fotoşəkil-1 Bakıda məşhur restoranda yanğın - FOTO + VİDEO, fotoşəkil-2 Bakıda məşhur restoranda yanğın - FOTO + VİDEO, fotoşəkil-3 Bakıda məşhur restoranda yanğın - FOTO + VİDEO, fotoşəkil-4

BakuCity.az

Bakı restoran yanğın
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər