Bakıda iki uşağın üstünə qaynar su töküldü

Bakıda iki uşağın üstünə qaynar su töküldü

2 və 3-cü dərəcəli termiki yanığı diaqnozu qoyulub

Bakıda ikisi azyaşlı olmaqla 3 nəfər yanıb.

BakuCity.az "Report"a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu, Binə südçülük sovxozunda qeydə alınıb.

Məlumata görə, hər üç şəxsin üzərinə qaynar su tökülüb.

Səhiyyə Nazirliyindən bildirilib ki, yanıq xəsarəti alan 3 nəfər barədə məlumat təcili yardıma saat 22:32-də daxil olub:

Həmçinin oxu: Transformatorda yanıb, qolu amputasiya olunan Zəhra ilə bağlı qaranlıq məqamlar - VİDEO

"Xəzər rayonu, Binə südçülük sovxozuna gələn həkim briqadası yanıq xəsarətləri alan 32 yaşlı qadını, 3 yaşlı oğlanı və 5 yaşlı qızı 5 saylı Xəstəxananın Yanıq şöbəsinə çatdırıb. Həkimlər onlara aşağı ətrafların 2 və 3-cü dərəcəli termiki yanığı diaqnozu qoyublar".

BakuCity.az

Bakı uşaqlar xəsarət
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər