6 nəfər xəsarət alıb
Bu gün saat 7 radələrində Qaradağ rayonunda baş vermiş yol qəzası nəticəsində yaralananların vəziyyəti açıqlanıb.
Səhiyyə Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, onlardan 3-ü ambulator müalicəyə buraxılacaq. 2 nəfər orta-ağır vəziyyətdə xəstəxanada müalicələri davam edəcək.
Bakı Nəqliyyat Agentliyindən BAKU.WS-ə bildirilib ki, “Mercedes” markalı qeyri müntəzəm sərnişin avtobusu (10 VR 303 dövlət qeydiyyat nişanlı) 149 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu (99 XX 176 dövlət qeydiyyat nişanlı) ilə toqquşub.
Həmçinin oxu: Bakıda avtobus sürücüsü sərnişinə bıçaq çıxartdı: "Səni deşik-deşik edərəm" - VİDEO
149 nömrəli marşrut xətti üzrə daşıyıcı “BMH” MMC-dən verilən məlumata görə, hadisə “Mercedes” markalı avtobusun ötmə əməliyyatı yerinə yetirdiyi zaman baş verib.
10:00
Bakının Sahil qəsəbəsi, 20-ci sahə adlanan ərazisində marşrut avtobusu mikroavtobusla toqquşub.
Səhiyyə Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, təcili tibbi yardıma çağırış saat 07:32-də daxil olub.
İlkın məlumata görə, 6 nəfər xəsarət alıb. 51, 43, 34 və 28 yaşlı kişilər, 6 yaşlı qız müxtəlif dərəcəli travmalarla Kliniki Tibbi Mərkəzə çatdırılıb.
17 yaşlı oğlana yerində yardım edilib.