Bakıda Xətainin heykəlinin yeri dəyişdirilir - FOTO

Parkın ərazisinə köçürüləcək

Son günlər Bakının əsas magistral yollarından olan Yusif Səfərov küçəsində yerləşən Şah İsmayıl Xətainin abidəsinin yerinin dəyişdirilməsi ilə bağlı məlumatlar yayılıb.

BakuCity.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hazırda bir sıra qurumlar tərəfindən Şah İsmayıl Xətainin abidəsinin yerinin dəyişdirilməsi ilə bağlı hazırlıqlar aparılır və tanınmış ingiltərəli memar Mənsur Bookani tərəfindən yeni layihə hazırlanır.

Heykəl indiki yerindən bir qədər aralıya, həmin küçədə yerləşən, Yeni Azərbaycan Partiyasının inzibati binasının önündəki parkın ərazisinə köçürüləcək. Şah İsmayıl Xətainin şah çadırında taxtda oturmuş şəkildə olacaq abidəsi əsas magistral yola - Yusif Səfərov küçəsinə baxacaq. Bundan sonra abidə ziyarətçilər üçün əlverişli olacaq və bütün istiqamətlərdən görünəcək.

Həmçinin oxu: Qafqazda ən hündür heykəllərdən biri Bakıda qoyulacaq

Qeyd edilir ki, həmin küçədə hərəkətin intensiv olması ilə əlaqədar yolun genişləndirilməsindən sonra abidə magistral yolun ortasında qalıb, onu ziyarət etmək istəyənlər üçün çətinlik yaradırdı. Bununla bağlı yaranan narazılıqlar ara-sıra sosial şəbəkələrdə də dilə gətirilirdi. 

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə və Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinə müraciət etsək də, bu barədə geniş məlumat verilməyib.

BakuCity.az

Bakı Xətainin heykəli park
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Bakı Dairəvi-1 avtomobil yolunda hərəkətin təşkilində dəyişiklik edilib. Nəqliyyat vasitələrinin Bakı Dairəvi-1 avtomobil yolu ilə müxtəlif istiqamətlərdə (Sumqayıt yolu, “20 Yanvar” dairəsi və “Şamaxı yolu”, həmçinin Abbas Mirzə Şərifzadə küçəsi, Yeni Yasamal və MİDA-nin yeni inşa etdiyi yaşayış massivləri istiqamətində) fasiləsiz və rahat hərəkətinin təmin olunması məqsədilə sözügedən yolun 6-cı km-də, yerli keçid yollarını birləşdirən mövcud yolötürücül...
Kriminal
Metroda polisə tabe olmayan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Bakı Metropolitenində polisin qanuni əmrinə tabe olmayan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bu barədə BakuCity.az-a DİN-in Mətbuat xidmətindən bildirilib. Qeyd edək ki, Bakı Metropolitenində xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onlara qarşı müqavimət göstərməyə cəhd edərək ictima...
Cəmiyyət
"Hərəkətinə icazə verilməyən nəqliyyat vasitələrinin müəyyənləşməsi xüsusi qaydada aparılacaq". BakuCity.az xəbər verir ki, bu sözləri Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib. K.Əliyev bildirib ki, polis əməkdaşları karantin qaydalarının yumşaldılmasından asılı olmayaraq, gücləndirilmiş iş rejimində çalışacaq: "İyunun 6-sı saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gənc...
İdman
Azərbaycanın futbol klublarının bəzi yoxlama oyunları nəzərdə tutulan vaxtda baş tutmayacaq.  BakuCity.az xəbər verir ki, buna səbəb iki həftə ərzində həftəsonları qadağaların tətbiq edilməsidir.  İyunun 14-də "Neftçi" - "Qəbələ", "Qarabağ" - "Səbail" görüşləri gerçəkləşməyəcək.  Qeyd edək ki, Azərbaycan Premyer Liqasının bazar günü - iyunun 21-də bərpa olunması barədə qərar qəbul edilib. XXI turun oyunları bazar günü keçirilməlidir.  Azərbaycanda qadağala...
Cəmiyyət
"Həftəsonu qadağalarının iyunun 13-ü, 14-ü və 15-də də tətbiq olunması nəzərdə tutulur". BakuCity.az xəbər verir ki, bunu Baş Nazir Əli Əsədov televiziya vasitəsilə çıxışında deyib. Ə.Əsədov qeyd edib ki, xüsusi karantin qaydalarının yumşaldılmasından sonra əhali tələbləri daha çox pozub: “Ona görə də virusa yoluxanların sayında ciddi artım oldu. Odur ki, vəziyyəti öz axarına buraxa bilmərik və qərara alındı ki, qəti sərt tədbirlər görülsün. Digər şəhərlər...
Ekologiya
İyunun 5-də gözlənilən hava şəraiti açıqlanıb. Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim şimal-qərb küləyi arabir güclənəcək. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında  gecə 18-20, gündüz 25-29, Bakıda  gecə 18-20, gündüz  27-29 dərəcə isti olacaq.  Atmosfer  təzyiqi 758 mm ci...
Cəmiyyət
Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilib. Hazırda dünyada yeddi milyonadək insan yeni növ koronavirus (COVID-19) xəstəliyinə yoluxub, 400 minədək şəxs vəfat edib. COVID-19 virusunun peyvəndi bu günədək tapılmadığından dünya dövlətləri tərəfindən davamlı preventiv tədbirlər həyata keçirilməkdədir. BakuCity.az xəbər verir ki, son günlər mövcud karantin rejimi qaydalarının əhali tərəfindən kütləvi surətdə pozulması ölkənin bir sıra bölgələrində san...
Cəmiyyət
Əli Əsədov koronavirusa yoluxma hallarının kəskin artması ilə bağlı əhaliyə müraciət edib. Azərbaycan Respublikasının Baş Naziri, Operativ Qərargahın rəhbəri Əli Əsədov iyunun 4-də ölkəmizdə koronavirusa yoluxma hallarının kəskin artması ilə bağlı əhaliyə müraciət edib. BakuCity.az nazirin müraciətini təqdim edir: "Hörmətli həmvətənlər! Məlum olduğu kimi, 2020-ci ilin əvvəlindən başlayaraq dünyada cərəyan edən və fevral ayından Azərbaycana da idxal olunan...
Cəmiyyət
Azərbaycanda iş saatı dəyişdirilib. Bakı, Sumqayıt, Gəncə və Lənkəran şəhərlərində cümə günü saat 14:00-dan bazar ertəsi səhərə qədər iş qrafikinin tam məhdudlaşdırılacağı ilə bağlı qərar qəbul olunub. BakuCity.az xəbər verir ki, dövlət və özəl müəssisələr sabah saat 14:00-a kimi fəaliyyət göstərəcək. Buna görə artıq yerli icra hakimiyyəti və bir sıra dövlət orqanlarının əməkdaşlarına məlumat verilib. Onlara qaydalara ciddi əməl etmələri tövsiyə olunub. Qe...