Bakıda tələbələrə yeni təqaüd veriləcək

Bakıda tələbələrə yeni təqaüd veriləcək

Təqaüd dövlət büdcəsindən ödəniləcək

Nazirlər Kabineti “Fərman Salmanov adına təqaüd”ün verilməsi Qaydası”nı təsdiq edib.

BakuCity.az xəbər verir ki, bu təqaüd Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) təhsil alan tələbələrə veriləcək.

Təqaüd bir tədris ili müddətinə təyin edilir.  Təqaüdün ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

Həmçinin oxu: Bakıda ali təhsil xarici vətəndaşlara neçəyə başa gəlir? - QİYMƏT

Təqaüdün təyin olunması təqaüdçünün qanunvericilikdə nəzərdə tutulmuş digər təqaüdləri almaq hüququnu istisna etmir.

ADNSU-da bakalavriat səviyyəsində əyani təhsil alan, xüsusi istedadı ilə fərqlənən (təhsildə yüksək göstəricilərə malik olan, ADNSU-da keçirilən tələbələrin elmi-texniki konfransının mükafatçısı olan) tələbələr təhsillərinin üçüncü ilindən başlayaraq təqaüdün alınması üçün namizəd ola bilərlər.

BakuCity.az

Bakı tələbə təqaüd
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər