FHN-dən Bakıda 200-dən çox bina ilə bağlı QƏRAR

FHN-dən Bakıda 200-dən çox bina ilə bağlı QƏRAR

233 binaya dair müsbət rəy verilib

Fövqəladə Hallar Nazirliyi Bakıda 200-dən çox binanın istismarına icazə verib.

Nazirlikdən BakuCity.az-a verilən məlumata görə, Azərbaycan Prezidentinin imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli fərmanın icrası ilə əlaqədar görülmüş tədbirlər nəticəsində ötən 7 ay ərzində ümumi sahəsi 4 531 002 m2 olan 46 651 mənzilli, ümumilikdə 893 girişli 233 binaya (kompleksə) dair müsbət rəy verilib.

Həmçinin oxu: Bakıda bu binanın sakinlərinə yeni mənzillər verilir, amma... - VİDEO

218-i Bakı şəhəri, 8-i Abşeron rayonu, 1-i Sumqayıt şəhəri, 4-ü Gəncə şəhəri, 1-i Mingəçevir şəhəri, 1-i isə Zərdab rayonunda yerləşən bu binalara dair sənədlər komplektləşdirilərək, müvafiq qaydada onların istismara hazır olması barədə tərtib edilmiş rəy aidiyyəti üzrə müvafiq qurumlara təqdim olunub.

Fərmandan irəli gələn məsələlərin icrası davam etdirilir.

BakuCity.az

Bakı FHN binalar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər