Bakıda itkin düşən Türkiyə vətəndaşları tapıldı

Bakıda itkin düşən Türkiyə vətəndaşları tapıldı

Qadın iki uşaqla itkin düşüb

Bakıda itkin düşən Türkiyə vətəndaşları tapılıb.

BakuCity.az APA-ya istinadən xəbər verir ki, Türkiyədən Bakıya qonaq gələn Terikli Serhad Nizami rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək, arvadı, 1998-ci il təvəllüdlü Aytac Səmədovanın övladı, 2019-cu il təvəllüdlü Terikli Fazil və bacısı qızı, 2003-cü il təvəllüdlü Tercan Eda ilə birlikdə itkin düşdüyünü bildirib.

Nizami rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində itkin düşən şəxslərin yeri qısa müddətdə müəyyən edilib və onlar ailələrinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

BakuCity.az

Bakı Türkiyə vətəndaşları itkin
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər