Havaya qatı tüstü buraxıb
Bakının mərkəzində "parovoz" peyda olub.
BakuCity.az Avtosfer.az-a istinadən xəbər verir ki, paytaxtın Heydər Əliyev prospektində (Saatın yanı) hərəkət edən yük maşını dəhşətli tüstü buraxıb.
Belə ki, hər qaz verəndə parovozdakı kimi havaya qatı tüstü çıxıb. Həmçinin yolda yaranmış qatı tüstü sürücülər üçün məhdidiyyət yaradıb.