Kirayə qaldığı mənzili almaq istəyənlərin nəzərinə - Tarix açıqlandı

Kirayə qaldığı mənzili almaq istəyənlərin nəzərinə - Tarix açıqlandı

Onlayn müraciət üçün "Asan İmza" alın

Bu il yanvarın 25-də Prezident İlham Əliyevin “Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” fərmanı ilə bağlı işlər yekunlaşmaq üzrədir.

BakuCity.az-ın məlumatına görə, İpoteka və Kredit Zəmanəti Fondundan “Qafqazinfo”ya bildirib ki, artıq kirayə mexanizminin işə düşməsi üçün zəruri işlərin əksəriyyəti həll edilib.

Dekabrın ortalarında mənzillərin satmaq öhdəliyi ilə kirayəyə verilməsi üçün sənəd qəbuluna başlanılacaq.

Bununla bağlı öncədən ictimaiyyətə məlumat veriləcək.

Vətəndaşlar “Asan İmza” əldə etməklə e-gov.az saytı üzərindən elektron qaydada müraciət edəcəklər.

BakuCity.az

Bakı bina kirayə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər