Bakıda tələbə yataqxanasında zəhərlənmə: qızların vəziyyəti kritikdir, biri ölüb

Bakıda tələbə yataqxanasında zəhərlənmə: qızların vəziyyəti kritikdir, biri ölüb

Qızların vəziyyəti ağırdır

Bakı Dövlət Universitetinin yataqxanasında zəhərlənmə olub.

Səhiyyə Nazirliyindən BakuCity.az-ın sorğusuna cavab olaraq bildirilib ki, universitetin 2 saylı yataqxanasında zəhərlənmə hadisəsi barədə məlumat təcili tibbi yardıma saat 12:35-də daxil olub:

“Həkimlər Mətbuat küç., 36 ünvanına çatdıqda otaqda huşsuz vəzuyyətdə 3 tələbə qız aşkarlayıblar. Təcili tibbi yardım həkimlərinin bildirdiyinə görə, huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib”.

Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölüb, ikisi isə kritik vəziyyətdə təcili tibbi yardım avtomobili ilə Kliniki Tibbi Mərkəzə çatdırılıblar. 20-22 yaş arası olan qızların vəziyyəti kritikdir. Müalicələri davam edir.

Ramilə Qardaşxanqızı

BakuCity.az

Bakı yataqxana tələbə zəhərlənmə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər