Bakıda internet xidmətində fasilələr olacaq

Bakıda internet xidmətində fasilələr olacaq

Qısa fasilələr yarana bilər

Bakıda internet xidmətində fasilələr olacaq.

BakuCity.az xəbər verir ki, axşam saatlarında "Bakı Telefon Rabitəsi" MMC-nin internet şəbəkəsində xidmət keyfiyyətinin artırılması və şəbəkənin gücləndirilməsi istiqamətində təkmilləşdirmə işləri həyata keçirilir.

Bununla əlaqədar müvafiq xidmətlərin göstərilməsində qısa fasilələr yarana bilər. Profilaktik tədbirlər yekunlaşdıqdan sonra internet xidmətinin fəaliyyəti tam bərpa ediləcək.

Abunəçilərdən bu müddət ərzində göstərilən xidmətdə yarana biləcək kəsintiləri nəzərə almalarını xahiş olunur.

BakuCity.az

Bakı internet fasilə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər