Məşhur pianoçu Peter Bens Bakıda: "Azərbaycan mətbəxindən çox xoşum gəlir" - FOTO + VİDEO

"Bakı haqqında çox şey öyrəndim"

Bakıda dünyanın ən sürətli piano ifaçısının konsertinə həsr olunmuş mətbuat konfransı keçirilib.

BakuCity.az-ın məlumatına görə, məşhur macar pianoçusu Peter Bens dünya turu çərçivəsində noyabrın 22-də Bakı Konqres Mərkəzində konsert verəcək.

Dünyanın ən sürətli pianoçusu azərbaycanlı jurnalistlərlə söhbətində konsert proqramından danışaraq bildirib ki, Bakı tamaşaçıları üçün yeni əsərlərini səsləndirəcək: 

“Konsertdə həm də orijinal kompozisiyalar olacaq. Bu dəfə fortepiano və tarın vəhdətini planlaşdırırıq".

P.Bensin sözlərinə görə, az musiqi dinləyir, çünki çox vaxt öz kompozisiyaları üzərində işləyir, ona görə də hələ Azərbaycan bəstəkarlarının əsərləri ilə tanış olmağa vaxt tapmayıb. 

Ümumiyyətlə, o, yalnız fortepiano ilə deyil, müxtəlif janrlarda da musiqi dinləməyə çalışır: 

“Əlbəttə, klassik musiqilərə qulaq asıram, çünki çox sevirəm, ancaq yeni bir şey öyrənməyi də sevirəm. Yalnız dinamik musiqiyə qulaq asmağı və daha sonra fortepianoda çalmağı üstün tuturam. Maykl Cekson kimi əfsanəvi sənətkarların musiqisini də bəyənirəm, belə musiqi məni ruhlandırır”.

Macar sənətçi ölkəmiz haqqında çox şey bildiyini də vurğulayıb:

“Bura gəlməzdən əvvəl Bakı haqqında çox şey öyrəndim. Sizin şəhərinizdən və Azərbaycan mətbəxindən çox xoşum gəlir! Onu da bilirəm ki, Bakıda Azərbaycan və Macarıstan arasında oyun keçirilib".

Qeyd edək ki, P.Bens 2012-ci ildən bəri ABŞ, Kanada, Avropa və Asiyada qastrol səfərlərində iştirak edir. O, eyni zamanda televiziya, kino, teatr, qısametrajlı filmlər və sənədli filmlər, həmçinin məşhur sənətçilər üçün mahnılar yazmağa başlayıb.

Konsert sabah saat 20:00-da Bakı Konqres Mərkəzində keçiriləcək.

BakuCity.az

Bakı piano konsert
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Bölgələrdə və Bakıda  karantin rejimi yenidən sərtləşdirilə bilərmi? Xəbər verdiyimiz kimi mayın 25-də 149 nəfər koronavirusa yoluxub. Bundan əlavə Şamaxı Rayon İcra Hakimiyyəti əməkdaşları COVID-19 infeksiyasının qarşısının alınması tədbirləri çərçivəsində profilaktik qaydada testdən keçirilib. Analiz 1 nəfərdə müsbət çıxıb və virus aşkarlanan şəxs xüsusi rejimli xəstəxanaya yerləşdirilib. Xəstə ilə yaxın təmasda olan şəxslər, o cümlədən Şamaxı Rayon İcra...
Cəmiyyət
Bakıda bir nəfər sakinlərin məhəllə marketləri və apteklərə olan bütün borcunu ödəyib. BakuCity.az xəbər verir ki, kimliyini bildirməyən xeyirxah insan bu hərəkəti Ramazan bayramı münasibəti ilə etdiyini bildirib. O, borcunu ödədiyi mağazalardakı "nisyə dəftər"lərini özü ilə aparıb və bu barədə mağazanın qarşısına elan da yapışdırıb. Obyekt sahibləri bildirirlər ki, uzun illərdir, nisyə mal versələr də, belə bir halla ilk dəfədir qarşılaşırlar. Bağlanan bo...
Hadisələr
Qaradağ rayonunda ağır yol qəzasında ölən 5 nəfərdən birinin şəxsiyyəti məlum olub.  BakuCity.az xəbər verir ki, rayonun Müşfiqabad qəsəbəsi ərazisində "Saipa" və "Opel" markalı avtomobillərin toqquşması ilə baş verən qəza zamanı 5 nəfər ölüb, 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. "Saipa"nın sürücüsü, 1956-cı il təvəllüdlü Manaf Nüsubət oğlu Yusubov və avtomobildə olan 4 nəfər sərnişin hadisə yerində ölüb.  1984-cü il təvəllüdlü Ramil Gülhə...
Cəmiyyət
Proqnozlaşdrıma belədir ki, belə davam etsə bu say getdikcə artacaq. Azərbaycanda pandemiya ilə əlaqədar karantin rejimi yumşaldıqca koronavirusun daha da geniş yayılması müşahidə edilir. Bu əks tendensiya böyük narahatlıq yaradır və pandemiyanın asanlıqla aradan qalxmayacağını göstərir. İndi hamını bir sual narahat edir: Karantin qaydalarının yumşaldılmasına rəğmən xəstəliyə yoluxanların artmasının səbəbi nədir? BakuCity.az xəbər verir ki, mövzu ilə bağlı...
Hadisələr
Abşeronda xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Novxanıda qeydə alınıb. "Oskar" yanacaqdoldurma məntəqəsinin yaxınlığında sürücü idarə etdiyi avtomobilin qarşısına çıxan nəqliyyat vasitəsi ilə toqquşmaması üçün manevr edib. Bu zaman avtomobil yol kənarındakı dirəyə çırpılıb. Nəticədə nəqliyyat vasitəsində olan 1964-cü il təvəllüdlü Ksel Svetlana Petrovna xəsarət alıb. Yaralı tə...
Cəmiyyət
Naxçıvanla Bakı arasında təyyarə reyslərinin açılması ilə bağlı müraciət edilib. Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov nümayəndəliyə olan çoxsaylı müraciətlərlə bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargaha Naxçıvan-Bakı-Naxçıvan istiqamətində təyyarə reyslərinin açılması ilə əlaqədar olaraq məktubla müraciət edib. BakuCity.az xəbər verir ki, bu barədə daimi nümayəndəliyi...
Hadisələr
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, hadisə dünən axşam saatlarında, Nərimanov rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1985-ci il təvəllüdlü İsmayılov Emin Nazim oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol qalça nahiyəsinin küt travması diaqnozu qoyulub. BakuCity.az
Ekologiya
26 mayda gözlənilən hava şəraiti. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, mayın 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu  Abşeron yarımadasında gecə 14-16, gündüz 21-26, Bakıda  gecə 14-16, gündüz  23-25 dər...
Kriminal
Bakıda narkotiki onlayn satmaq istəyən qardaşlar saxlanıldı. Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində ölkə ərazisinə gətirilən külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitələrin və psixotrop maddələrin “qara” bazarda satılmasının qarşısı alınıb. Bu barədə BakuCity.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib. Baş İdarə əməkdaşlarının daxil ol...