Bakıda tələbə qızların nədən zəhərləndiyi bilindi - FOTO

"Baş həkimlə görüşdüm, ümidverici danışdı"

İlkin araşdırmalara və digər tələbələrin verdiyi məlumata görə, zəhərlənmə ev şəraitində hazırlanaraq konservləşdirilmiş və ya marketdən alınmış qidalardan ola bilər. Hadisə gecə saatlarında baş verib. 

BakuCity.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev deyib. 

O bildirib ki, tələbələr özlərini yaxşı hiss etmədiklərinə görə təcili tibbi yardım çağırılıb: "3 tələbə olub otaqda. Onların vəziyyəti yaxşılaşandan sonra tibbi yardım binanı tərk edib. Amma çox təəssüf ki, səhər saatlarında tələbələr yenidən özlərini pis hiss ediblər. Onlardan biri dünyasını dəyişib. Ailəsinə başsağlığı veririk.

Həmçinin oxu: BDU tələbələrinin zəhərlənməsi ilə bağlı təfərrüatlar məlum olub

Prorektor əlavə edib ki, digər iki tələbə 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə alır: "Onlar həkimlərin tam nəzarəti altındadır, şükür ki, həyati təhlükələri yoxdur. Hadisə özü isə birbaşa universitetin rəhbərliyinin tam nəzarətindədir. Bu hadisədən çox təəssüflənirik..."

Əliş Ağamirzəyev BDU-nun tələbələrinə tövsiyə də verib: "Öz qidalarına, gigiyenik qaydalara riayət etsinlər ki, belə bədbəxt hadisələr baş verməsin". 

Prorektor vurğulayıb ki, yataqxana binasında qaz olmayıb. Qeyd edib ki, hazırda həkimlərin yekun rəyini gözləyirlər. 

Dilrubə Quliyevanın əmisi İlqar Quliyev qardaşı qızının vəziyyəti ilə bağlı açıqlama verib. O, tələbələrin qidadan zəhərləndiyini qeyd edib:

"Qida zəhərlənməsidir. Baş həkimlə görüşdüm, ümidverici danışdı. Üçü də eyni balıqdan zəhərlənib".

Təhsil eksperti Kamran Əsədov isə unikal.org-a açıqlamasında bildirib ki, qızlar qidalanmaq üçün restoranların birindən qaldıqları yataqxanaya suşi sifariş veriblər:

"Tələbələr suşini yedikdən sonra özlərini pis hiss edib və təcili yardıma müraciət ediblər".

BakuCity.az

Bakı tələbələr zəhərlənmə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kəs qiymətləndirməyib
3582 baxış dekabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Məsciddə icma yaradılacaq Bakıda “Əbu Bəkr” məscidinin yenidən açılması nəzərdə tutulur. BakuCity.az “Report”a istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bunun üçün məsciddə icmanın yaradılması planlaşdırılır: Həmçinin oxu: Bakıda böyük məscid tikilir - FOTO “Məscidin minarəsinin təməlində problem aşkar edilmişdi. Minarənin əyilməsi qəza vəz...
Hadisələr
Soyutma işləri davam etdirilir Bu gün səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən söndürülüb. Nazirlikdən BakuCity.az-a verilən məlumata görə, yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən 29 ədəd texnika və 150 nəfər canlı qüvvə, Xüsusi Riskli Xilasetmə Xidmətindən 16 ədəd texnika və 200 nə...
Mədəniyyət
Sənətkarlar incəsənəti şəfa mənbəyi seçiblər Dekabrın 9-da Heydər Əliyev Mərkəzində əlilliyi olan və olmayan sənətkarların iştirakı ilə "İncəsənətlə şəfa" rəqs və musiqi qala tədbiri keçirilib. Qala tədbir Heydər Əliyev Fondu, YUNİSEF və İtaliyanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunub. Tədbirin məqsədi ictimaiyyətə əlilliyi olan və olmayan şəxslər üçün bərabər imkanların yaradılması və inklüziv cəmiyyətinin qurulmasının əhəmiyyətini çatdırmaqd...
Hadisələr
Aviasiya dəstəsinin "BE-200ÇS" tipli təyyarəsi cəlb olunub Bakıda tikinti bazarında yanğını söndürmək üçün təyyarə göndərilib. Bu barədə BakuCity.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, nazirliyin müvafiq qüvvələri tərəfindən Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş vermiş yanğının söndürülməsi işləri davam etdirilir. Həmçinin oxu: Bakıda tikinti bazarında yanğını...
Cəmiyyət
Sərhəddən sürətli keçid təmin olunacaq Bakı aeroportunda elektron qapılar quraşdırılıb. Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat mərkəzindən BakuCity.az-a verilən məlumata görə, pilot layihə olaraq Heydər Əliyev Beynəlxalq Aeroportunun birinci terminalının gəlmə zalında yeni 2 ədəd elektron qapı (e-gates) quraşdırılıb. Bir sıra inkişaf etmiş ölkələrin dövlət sərhədindən buraxılış məntəqələrində istifadə olunan elektron qapılar sərhəd nəzarətində tətbiq oluna...
Cəmiyyət
Məhdudiyyət nə qədər davam edəcək? Yol polisi “Eurohome” ticarət mərkəzində baş vermiş yanğın səbəbindən Bakı-Sumqayıt yolunda hərəkət tam məhdudlaşdırıldığı üçün sürücülərə alternativ yollardan istifadə etməyi tövsiyə edir. BakuCity.az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov “Qafqazinfo”ya açıqlamasında bildirib: “Vəziyyəti təhlil etdiyimiz zaman məsləhət görərik ki, Bakıdan Su...
Cəmiyyət
Baba cinayətkarın cəzasına çatmasını istəyir Bakıda yaşayan Qulu və Hüseyn adlı qardaşların ata və ögey anaları tərəfindən ağır işgəncələrə məruz qalması ilə bağlı məlumatlar və bu işgəncələri özündə əks etdirən fotolar yayılıb. Körpə ikən doğma anaları vəfat edən azyaşlı qardaşlar sonradan başqa bir qadınla evlənən atasının himayəsində qalıblar. Bundan sonra uşaqlar ögey anaları tərəfindən dəfələrlə döyülüb. Məlumata əsasən, uşaqlar hazırda ana babalarını...
Cəmiyyət
Sərnişinlərdən anlayış göstərmələri xahiş edilir Bakı-Sumqayıt yolunda yerləşən tikinti materialları bazarında baş vermiş yanğın səbəbindən yolda hərəkət tamamilə məhdudlaşıb. Bakı Nəqliyyat Agentliyindən BakuCity.az-a verilən məlumata görə, bu səbəbdən ərazidən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların intervalında gecikmələr yaranıb. Həmçinin oxu: Bakıda tikinti bazarında yanğını söndürmək üçün helikopterlər havaya qalxdı: zəhərlənənlər var - VİDE...
Hadisələr
"Cip" qırmızı işıqda dayanan VAZ-ı vurdu Bakıda iki maşının toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BakuCity.az "Report"a istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu Babək prospektində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü Babazadə Pərviz icarəyə götürərək idarə etdiyi 90-OX-999 dövlət nömrə nişanlı "Toyota Land Cruiser" markalı avtomobillə sürət həddini aşaraq işıqforun qırmızı işığında dayanan, 1999-cu il təvəllüd...