Bakının yollarında sürət həddi endirildi

Bakının yollarında sürət həddi endirildi

Bütün zolaqlar üzrə sürət həddi azaldılıb

Bakının avtomobil yollarında sürət həddi endirilib.

Bakı Nəqliyyat Agentliyindən BakuCity.az-a verilən məlumata görə, hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/s endirilib.

Məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Hərəkət iştirakçılarına bu cür hava şəraitində ehtiyatlı olmaları tövsiyə edilir. Sürücülərdən yollarda sürət həddinə əməl etmələri, meteoroloji amilləri nəzərə almaları və digər hərəkət iştirakçılarına qarşı anlayışlı davranmaları xahiş olunur.

BakuCity.az

bakı yollar sürət həddi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər