Bakıda 7 avtomobil bir-birinə dəydi: yaralılar var - FOTO + VİDEO

Bakıda 7 avtomobil bir-birinə dəydi: yaralılar var - FOTO + VİDEO

7 avtomobilə ciddi ziyan dəyib

Bakının Nərimanov rayonunda iki avtomobilin toqquşması nəticəsində iki nəfər xəsarət alıb.

BakuCity.az APA-ya istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektinin Nərimanov rayonu ərazisində baş verib.

“Nissan” markalı minik avtomobili yüksək sürətlə metronun “20 Yanvar” stansiyası istiqamətində hərəkətdə olan zaman eyni istiqamətdə olan “Hyundai” markalı nəqliyyat vasitəsinə çırpılıb. Nəticədə “Nissan”da olan iki sərnişin xəsarət alıb.

Havanın yağmurlu olması səbəbindən görmə məhdudiyyəti yarandığından, eyni zamanda yüksək surət prospektdə hərəkət edən 5 avtomobilin qəzaya uğrayan nəqliyyat vasitələrinə çırpılmasına səbəb olub. 

Ümumilikdə 7 avtomobilə ciddi ziyan dəyib. Həmin ərazidə yenidən qəzanın baş verməməsi üçün hadisə yerində olan sürücülər yola çıxaraq qarşıdan gələn nəqliyyat vasitələrinə əl işarələri ilə xəbərdar edərək, onların ehtiyatlı olmalarına çalışıblar.

Qəza nəticəsində prospektdə sıxlıq yaranıb.

Bakıda 7 avtomobil bir-birinə dəydi: yaralılar var - FOTO + VİDEO, fotoşəkil-1 Bakıda 7 avtomobil bir-birinə dəydi: yaralılar var - FOTO + VİDEO, fotoşəkil-2 Bakıda 7 avtomobil bir-birinə dəydi: yaralılar var - FOTO + VİDEO, fotoşəkil-3 Bakıda 7 avtomobil bir-birinə dəydi: yaralılar var - FOTO + VİDEO, fotoşəkil-4 Bakıda 7 avtomobil bir-birinə dəydi: yaralılar var - FOTO + VİDEO, fotoşəkil-5 Bakıda 7 avtomobil bir-birinə dəydi: yaralılar var - FOTO + VİDEO, fotoşəkil-6 Bakıda 7 avtomobil bir-birinə dəydi: yaralılar var - FOTO + VİDEO, fotoşəkil-7 Bakıda 7 avtomobil bir-birinə dəydi: yaralılar var - FOTO + VİDEO, fotoşəkil-8 Bakıda 7 avtomobil bir-birinə dəydi: yaralılar var - FOTO + VİDEO, fotoşəkil-9

BakuCity.az

Bakı yol qəzası tıxac
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər