Bakıda zəhərlənən tələbə qızların vəziyyəti açıqlandı

Bakıda zəhərlənən tələbə qızların vəziyyəti açıqlandı

Zəhərlənən qızlardan biri ötən gün ölüb

Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında zəhərlənən tələbələrin son durumu açıqlanıb.

BakuCity.az xəbər verir ki, Səhiyyə Nazirliyindən “Report”a verilən məlumata görə, 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızı və İbadova Həmidə Bünyamiddin qızının vəziyyəti ağır sabit kimi qiymətləndirilir.

Onların müalicəsi 1 saylı Kliniki Tibbi Mərkəzdə davam etdirilir.

Həmçinin oxu: Bakıda tələbə qızların nədən zəhərləndiyi bilindi - FOTO

Xatırladaq ki, noyabrın 21-də BDU-nun 2 saylı yataqxanasında yaşayan 3 tələbə qız zəhərlənib. Onlardan biri - 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı dünyasını dəyişib. İki nəfər isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Bakı Şəhər Prokurorluğunda cinayət işi başlanılıb, istintaq aparılır.

BakuCity.az

Bakı tələbələr zəhərlənmə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər